CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kanal S" TV-nin efiri 3 saatlıq dayandırılacaq

© Sputnik / Elvin AhmadTelevizor pultu
Televizor pultu - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
"Kanal S" televiziya redaksiyasının proqramlarının yayımını 5 iyul 2023-cü il tarixdə 3 saatlıq müddətə (saat 09.00-dan saat 12.00-dək) dayandırılması barədə qərar qəbul edib
BAKI, 4 iyul — Sputnik. Audiovizual Şuranın qərarı ilə "Kanal S" televiziya kanalının efiri 3 saatlıq dayandırılacaq.
Bu barədə Şuradan bildirilib.
Belə ki, iyulun 4-də Audiovizual Şurasın videoformatda iclası keçirilib. İclasda "Kanal S" televiziya kanalının efirində reklam qanunvericiliyinin tələblərinin pozulması faktı müzakirə olunub.
Belə ki, regional yerüstü televiziya yayımçısı və peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Kanal S" Məhdud Məsuliyyətli Cəmiyyətinin "Kanal S" televiziya redaksiyasının efirində 25 iyun 2023-cü il tarixində saat 17.00-18.00 arası 13 dəqiqə reklam yayımının həyata keçirilməsi ilə "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 20.7-ci maddəsinin pozulmasına yol verilib.
Audiovizual Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 39.1.4-cü, 41.1.1-ci və 41.5-ci maddələrini rəhbər tutaraq "Kanal S" televiziya redaksiyasının proqramlarının yayımını 5 iyul 2023-cü il tarixdə 3 saatlıq müddətə (saat 09.00-dan saat 12.00-dək) dayandırılması barədə qərar qəbul edib.
Xəbər lenti
0