https://sputnik.az/20230704/dman-ve-heveskar-baliq-ovu-ile-mesgul-olanlar-ucun-qadaga-basa-catib-456478688.html
İdman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün qadağa başa çatıb
İdman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün qadağa başa çatıb
Sputnik Azərbaycan
Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanal və onun mənsəbindən hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə qadağa müddəti 15 avqust tarixində... 04.07.2023, Sputnik Azərbaycan
2023-07-04T14:54+0400
2023-07-04T14:54+0400
2023-07-04T14:54+0400
balıq
cəmiyyət
qadağa
ov
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441100156_0:104:2000:1229_1920x0_80_0_0_0587c6446960697f2e0f03bfff5b163e.jpg
BAKI, 4 iyul — Sputnik. Balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisində 1 may 2023-cü il tarixindən balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tətbiq edilmiş qadağa başa çatıb. İdman və həvəskar balıq ovu ilə məşğul olanlar göstərilən tələblərə əməl etməklə 1 iyul tarixindən ov edə bilərlər. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib. Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır: - hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov; - lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar; - bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan. Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir: - gün ərzində 10 ədəddən çox olmayan xərçəng; - gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar; - balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir). Qeyd edək ki, Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanal və onun mənsəbindən hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə qadağa müddəti 15 avqust tarixində bitəcək. Balıq və digər su bioresurslarının sənaye ovuna tətbiq edilmiş qadağa isə sentyabr ayının 1-dək qüvvədə saxlanılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441100156_112:0:1889:1333_1920x0_80_0_0_fcf32766456e8b91008654a64f5b6bfa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
balıq, qadağa, ov
İdman və həvəskar balıq ovu ilə məşğul olanlar üçün qadağa başa çatıb
Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanal və onun mənsəbindən hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə qadağa müddəti 15 avqust tarixində bitəcək
BAKI, 4 iyul — Sputnik. Balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisində 1 may 2023-cü il tarixindən balıq və digər su bioresurslarının idman və həvəskar ovuna tətbiq edilmiş qadağa başa çatıb. İdman və həvəskar balıq ovu ilə məşğul olanlar göstərilən tələblərə əməl etməklə 1 iyul tarixindən ov edə bilərlər.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib.
Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna icazə verilən ov alətləri aşağıdakılardır:
- hər bir ov alətində qarmaqların sayı 3 ədəddən, qarmaqların ümumi sayı 7 ədəddən çox olmamaq şərtilə tilov;
- lövbərciklə ağırlaşdırılmış balıqcıqlar (metaldan) ilə, tilov ipinin uzunluğu 30 m-dən, diametri 0,7 mm-dən artıq, qarmağın ölçüsü 12 nömrədən çox olan tilovlar;
- bir nəfərin istifadəsi üçün diametri 0,5 m-dən kiçik 1 ədəd domca və ya xərçəngtoplayan.
Ovlanan balıq və digər su bioresurslarının miqdarına aşağıdakı məhdudiyyətlər tətbiq edilir:
- gün ərzində 10 ədəddən çox olmayan xərçəng;
- gün ərzində 0,5 kq-dan artıq olmayan krevet və digər onurğasızlar;
- balıqçılıq su obyektində olduğu müddətdə 5 kq-dan çox olmayaraq balıqlar (ovlanmış bir balığın çəkisinin 5 kq-dan çox olması halları istisna edilir).
Qeyd edək ki, Şabran limanını Xəzər dənizi ilə birləşdirən kanal və onun mənsəbindən hər iki tərəfə 1 km, dənizə doğru 2 km-lik ərazilərdə qadağa müddəti 15 avqust tarixində bitəcək.
Balıq və digər su bioresurslarının sənaye ovuna tətbiq edilmiş qadağa isə sentyabr ayının 1-dək qüvvədə saxlanılır.