CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il Azərbaycanda tikilib istifadəyə verilmiş mənzillərin sayı açıqlanıb

© Official website of President of Azerbaijan Republicipoteka
ipoteka - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Mənzillərin 2716 ədədi əhali tərəfindən, 897 ədədi qeyri-dövlət müəssisələri tərəfindən, 530 ədədi isə dövlət müəssisələri tərəfindən tikilib istifadəyə verilib
BAKI, 4 iyul — Sputnik. 2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda ümumi sahəsi 412 min 352 kvadrat metr olan 3743 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, illik müqayisədə tikilən evlərin sayı 32.8% artıb. Belə ki, 2022-ci ilin ilk 3 ayında ümumi sahəsi 369 min kvadrat metr olan 2819 ədəd yaşayış evi tikilib istifadəyə verilib.
Qeyd edək ki, bu mənzillərin 2716 ədədi əhali tərəfindən, 897 ədədi qeyri-dövlət müəssisələri tərəfindən, 530 ədədi isə dövlət müəssisələri tərəfindən tikilib istifadəyə verilib.
Əlavə edək ki, hesabat dövründə 1536 şagirdlik 1 ümumi təhsil müəssisəsi istifadəyə verilib.
Xəbər lenti
0