Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu gün Bakıda 35 dərəcə isti olacaq

© AFP 2023 / GIUSEPPE CACACEBakıya mənzərə, arxiv şəkli
Bakıya mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var
BAKI, 4 iyul — Sputnik. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyulun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.
Xəbər lenti
0