Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda zəlzələ baş verdi: TƏBİB gücləndirilmiş iş rejiminə keçdi

© AFP 2024 / RUSLAN PRYANIKOVСейсмограф
Сейсмограф - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, 5.7 bal gücündə olan zəlzələ afterşoklarla davam edəcək.
BAKI, 4 iyul - Sputnik. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun tapşırığına əsasən Bakı şəhəri və regionlardakı Təcili və təxirəsalınmaz tibbi yardım stansiyaları, eləcə də tibb müəssisələrinin Təcili yardım şöbələri gücləndirilmiş iş rejiminə keçib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 125 tibbi briqadası xidmət üçün cəlb olunub. Hazırda paytaxtın müxtəlif istiqamətlərində, küçələrdə əhalinin nisbətən sıx toplaşdığı ərazilərə təcili tibbi yardım briqadaları təhkim olunub.
Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
***
Xəzər dənizinin Dağıstana yaxın ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın şimal-şərq rayonları, eləcə də Abşeron yarımadasında hiss olunub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
"İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb. Yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.
Hər hansı tələfat və ya dağıntı haqqında məlumat yoxdur.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Sputnik Azərbaycan-a bildirib ki, afterşoklar davam edəcək. Lakin daha güclü zəlzələnin olma ehtimalı yoxdur.
Xəbər lenti
0