https://sputnik.az/20230704/avropa-komissiyasi-taxil-sazisi-ile-bagli-butun-qerarlari-nezerden-kecirmeye-hazirdir-456485430.html
Avropa Komissiyası taxıl sazişi ilə bağlı bütün qərarları nəzərdən keçirməyə hazırdır
Avropa Komissiyası taxıl sazişi ilə bağlı bütün qərarları nəzərdən keçirməyə hazırdır
Sputnik Azərbaycan
Aİ "Rosselxozbank"a taxıl sazişini uzatmaq naminə taxıl ixracı ilə bağlı əməliyyatları həll etmək üçün SWIFT ödəniş sisteminə qoşulacaq törəmə müəssisə... 04.07.2023, Sputnik Azərbaycan
2023-07-04T22:39+0400
2023-07-04T22:39+0400
2023-07-18T12:16+0400
avropa komissiyası
dünya xəbərləri
rusiya
taxıl
təşəbbüs
rusiya prezidenti vladimir putin
taxıl sazişi
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333761_0:20:3073:1748_1920x0_80_0_0_41ec44c66210cd04d6a5134292463b1f.jpg
BAKI, 4 iyul — Sputnik. Ukrayna taxılının dünya bazarlarına tədarükü üçün bütün həll yollarını nəzərdən keçirməyə hazırıq. Bu barədə Avropa Komissiyası məlumat yayıb. Bir gün əvvəl "Financial Times" mənbələrə istinadən xəbər verir ki, Aİ "Rosselxozbank"a taxıl sazişini uzatmaq naminə taxıl ixracı ilə bağlı əməliyyatları həll etmək üçün SWIFT ödəniş sisteminə qoşulacaq törəmə müəssisə yaratmağa icazə verməyi nəzərdən keçirir. "Biz Ukrayna taxılının dünya bazarlarına və istehlakçılara çatmasını istəyirik, bu baxımdan biz bütün tərəfləri Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini uzatmağa çağırırıq. Biz taxıl sazişinin uzadılmasına töhfə verə biləcək bütün qərarların nəzərdən keçirilməsinə açığıq". Bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano Brüsseldə keçirilən brifinqdə müvafiq sualı cavablandırarkən bildirib. Eyni zamanda, o, belə bir qərarla bağlı AK-də davam edən məsləhətləşmələri şərh etməkdən imtina edib. "Sanksiyalarla bağlı bütün müzakirələr, o cümlədən onların tətbiqi, ləğvi və ya dəyişdirilməsi məxfi xarakter daşıyır, biz onları şərh etmirik", - deyə xarici xidmətin nümayəndəsi bildirib. Bununla belə, o, Aİ-nin hərbi əməliyyatlar aparmaq üçün "Rusiyanın imkanlarını mümkün qədər azaltmaq" istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb. 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikadakı ehtiyacı olan ölkələrə deyil, öz dövlətlərinə ixrac edir. Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpasını nəzərdə tutur. Əsas vəzifələr arasında "Rosselxozbank"-ın Swift-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikası, ehtiyat hissələrinin tədarükünün bərpasıdır. Moskvada qeyd edirlər ki, paket sazişinin bu hissəsi hələ də həyata keçirilməyib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun 21-də bildirib ki, taxıl sazişinin uzadılması üçün heç bir ilkin şərt yoxdur, çünki Rusiya qarşısında öhdəliklər yerinə yetirilmir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441333761_108:0:2839:2048_1920x0_80_0_0_3b40aef493fa48bb71f7ca121a7ace37.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
avropa komissiyası, rusiya, taxıl, təşəbbüs, rusiya prezidenti vladimir putin, taxıl sazişi
avropa komissiyası, rusiya, taxıl, təşəbbüs, rusiya prezidenti vladimir putin, taxıl sazişi
Avropa Komissiyası taxıl sazişi ilə bağlı bütün qərarları nəzərdən keçirməyə hazırdır
22:39 04.07.2023 (Yenilənib: 12:16 18.07.2023) Aİ "Rosselxozbank"a taxıl sazişini uzatmaq naminə taxıl ixracı ilə bağlı əməliyyatları həll etmək üçün SWIFT ödəniş sisteminə qoşulacaq törəmə müəssisə yaratmağa icazə verməyi nəzərdən keçirir.
BAKI, 4 iyul — Sputnik. Ukrayna taxılının dünya bazarlarına tədarükü üçün bütün həll yollarını nəzərdən keçirməyə hazırıq. Bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bir gün əvvəl "Financial Times" mənbələrə istinadən xəbər verir ki, Aİ "Rosselxozbank"a taxıl sazişini uzatmaq naminə taxıl ixracı ilə bağlı əməliyyatları həll etmək üçün SWIFT ödəniş sisteminə qoşulacaq törəmə müəssisə yaratmağa icazə verməyi nəzərdən keçirir.
"Biz Ukrayna taxılının dünya bazarlarına və istehlakçılara çatmasını istəyirik, bu baxımdan biz bütün tərəfləri Qara Dəniz Taxıl Təşəbbüsünün müddətini uzatmağa çağırırıq. Biz taxıl sazişinin uzadılmasına töhfə verə biləcək bütün qərarların nəzərdən keçirilməsinə açığıq". Bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano Brüsseldə keçirilən brifinqdə müvafiq sualı cavablandırarkən bildirib.
Eyni zamanda, o, belə bir qərarla bağlı AK-də davam edən məsləhətləşmələri şərh etməkdən imtina edib. "Sanksiyalarla bağlı bütün müzakirələr, o cümlədən onların tətbiqi, ləğvi və ya dəyişdirilməsi məxfi xarakter daşıyır, biz onları şərh etmirik", - deyə xarici xidmətin nümayəndəsi bildirib. Bununla belə, o, Aİ-nin hərbi əməliyyatlar aparmaq üçün "Rusiyanın imkanlarını mümkün qədər azaltmaq" istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən imzalanan Qara Dəniz Təşəbbüsü Odessa da daxil olmaqla üç limandan Qara dəniz vasitəsilə Ukrayna taxılının və ərzaq məhsullarının, eləcə də gübrələrin ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Qərb Ukrayna taxılının böyük hissəsini Afrikadakı ehtiyacı olan ölkələrə deyil, öz dövlətlərinə ixrac edir.
Taxıl təşəbbüsü paket sazişinin tərkib hissəsidir. İkinci hissə - üç il müddətinə nəzərdə tutulmuş Rusiya-BMT memorandumu - Rusiyanın ərzaq və gübrə ixracının bərpasını nəzərdə tutur. Əsas vəzifələr arasında "Rosselxozbank"-ın Swift-ə yenidən qoşulması, kənd təsərrüfatı texnikası, ehtiyat hissələrinin tədarükünün bərpasıdır. Moskvada qeyd edirlər ki, paket sazişinin bu hissəsi hələ də həyata keçirilməyib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov iyunun 21-də bildirib ki, taxıl sazişinin uzadılması üçün heç bir ilkin şərt yoxdur, çünki Rusiya qarşısında öhdəliklər yerinə yetirilmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.