Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

ADY: Qatarların qrafikində kənaraçıxmalar müşahidə oluna bilər

© Official website of President of Azerbaijan RepublicPirşağı dəmir yolu stansiyası
Pirşağı dəmir yolu stansiyası - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
"Azərbaycan Dəmir Yolları" QSC baş vermiş zəlzələ ilə əlaqədar yol infrastrukturuna kompleks baxış keçirir.
BAKI, 4 iyul - Sputnik. “Texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər”.
Bu barədə “Report”a Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Qeyd edilir ki, "Azərbaycan Dəmir Yolları" QSC baş vermiş zəlzələ ilə əlaqədar yol infrastrukturuna kompleks baxış keçirir.
"4 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası gecə boyu bütün infrastruktur obyektlərinə texniki baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb.Hazırda proses davam etdirilir.
Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər", - ADY-dən bildirilib.
Здание Министерства Внутренних Дел Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 04.07.2023
HADİSƏ
DİN zəlzələ zamanı dağıntı və tələfat barədə
Xəbər lenti
0