Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

AAYDA-nın zəlzələ bölgəsindəki strukturları gücləndirilmiş iş rejiminə keçib

© Photo : APA Kür üzərində dəmir yolu xəttini birləşdirən körpü tikilir
 Kür üzərində dəmir yolu xəttini birləşdirən körpü tikilir - Sputnik Azərbaycan, 1920, 04.07.2023
Abunə olmaq
Agentliyin yaydığı məlumata görə, gün ərzində də yoxlamalar davam etdirilir. Bundan başqa agentliyin balansında olan bütün körpü və yol ötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib
BAKI, 4 iyul — Sputnik. Bu gecə saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) zəlzələ bölgəsində yerləşən müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər.
Bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, Agentliyin mütəxəssisləri gecəboyu yol infrastrukturuna baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyətini yoxlayıb. Gün ərzində də yoxlamalar davam etdirilir. Bundan başqa agentliyin balansında olan bütün körpü və yol ötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib.
Xəzər dənizinin Dağıstana yaxın ərazisində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın şimal-şərq rayonları, eləcə də Abşeron yarımadasında hiss olunub.
Xəbər lenti
0