https://sputnik.az/20230703/xn-ranin-set-e-uzv-olmasi-her-iki-teref-ucun-faydalidir-456456647.html
XİN: İranın ŞƏT-ə üzv olması hər iki tərəf üçün faydalıdır
XİN: İranın ŞƏT-ə üzv olması hər iki tərəf üçün faydalıdır
Sputnik Azərbaycan
ŞƏT Dövlət Başçıları Şurasının 23-cü sammiti iyulun 4-də virtual formatda keçiriləcək. 03.07.2023, Sputnik Azərbaycan
2023-07-03T23:30+0400
2023-07-03T23:30+0400
2023-07-03T23:30+0400
iran
dünya xəbərləri
şət
xin
çin
pakistan
https://cdnn1.img.sputnik.az/img/42371/93/423719368_0:199:2929:1846_1920x0_80_0_0_d2b24333aabea3fa9fa1cee76ec29c53.jpg
BAKI, 3 iyul — Sputnik. İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv kimi qəbul edilməsi bütün tərəflərin maraqlarına uyğun olacaq. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib. "İranın ŞƏT-ə üzvlüyü hər iki tərəfin - həm İranın, həm də təşkilatın və onun üzvlərinin maraqlarına uyğundur. Bu müsbət hadisə mühüm regional təşkilat kimi ŞƏT-in dəyərini gücləndirə bilər. Bu dəyişiklik bütün üzv ölkələrin maraqlarına uyğun olacaq və regionalizm prosesini gücləndirəcək", - deyə Kənani bildirib. Bu yaxınlarda Hindistan Xarici İşlər Nazirliyi ŞƏT Dövlət Başçıları Şurasının 23-cü sammitinin iyulun 4-də virtual formatda keçiriləcəyini açıqlayıb. Rusiya prezidentinin ŞƏT məsələləri üzrə xüsusi nümayəndəsi Bəxtiyar Hakimov bildirib ki, İranın təşkilata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Yeni Dehlidə keçiriləcək ŞƏT-in sammitində əsas qərar olacaq. Xatırladaq ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun üzvləri Rusiya, Hindistan, Çin, Pakistan və Mərkəzi Asiyanın dörd ölkəsi - Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42371/93/423719368_0:0:2731:2048_1920x0_80_0_0_bbc85cdfe5d761a23d9f7b2bf6dea27a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
iran, şət, xin, çin, pakistan
iran, şət, xin, çin, pakistan
XİN: İranın ŞƏT-ə üzv olması hər iki tərəf üçün faydalıdır
ŞƏT Dövlət Başçıları Şurasının 23-cü sammiti iyulun 4-də virtual formatda keçiriləcək.
BAKI, 3 iyul — Sputnik. İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv kimi qəbul edilməsi bütün tərəflərin maraqlarına uyğun olacaq.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.
"İranın ŞƏT-ə üzvlüyü hər iki tərəfin - həm İranın, həm də təşkilatın və onun üzvlərinin maraqlarına uyğundur. Bu müsbət hadisə mühüm regional təşkilat kimi ŞƏT-in dəyərini gücləndirə bilər. Bu dəyişiklik bütün üzv ölkələrin maraqlarına uyğun olacaq və regionalizm prosesini gücləndirəcək", - deyə Kənani bildirib.
Bu yaxınlarda Hindistan Xarici İşlər Nazirliyi ŞƏT Dövlət Başçıları Şurasının 23-cü sammitinin iyulun 4-də virtual formatda keçiriləcəyini açıqlayıb. Rusiya prezidentinin ŞƏT məsələləri üzrə xüsusi nümayəndəsi Bəxtiyar Hakimov bildirib ki, İranın təşkilata tamhüquqlu iştirakçı kimi qəbul edilməsi Yeni Dehlidə keçiriləcək ŞƏT-in sammitində əsas qərar olacaq.
Xatırladaq ki, ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Onun üzvləri Rusiya, Hindistan, Çin, Pakistan və Mərkəzi Asiyanın dörd ölkəsi - Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandır.