https://sputnik.az/20230703/qosulmama-herekatina-uzv-olkelerin-xarici-isler-nazirleri-azerbaycana-sefer-edirler-456450906.html
Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri Azərbaycana səfər edirlər
Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri Azərbaycana səfər edirlər
Sputnik Azərbaycan
Bu həftə təşkil olunacaq Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri Bakıya səfər edir. Hindistan xarici işlər nazirinin müavini, Xarici İşlər... 03.07.2023, Sputnik Azərbaycan
2023-07-03T19:21+0400
2023-07-03T19:21+0400
2023-07-03T19:21+0400
qoşulmama hərəkatı
siyasət
hindistan
xarici işlər naziri
səfirlik
iran
səfər
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452298922_0:10:1000:573_1920x0_80_0_0_b9b8d24350e22afcaed062e4da826432.jpg
BAKI, 3 iyul — Sputnik. Hindistan xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə katibi Sanjay Verma Azərbaycana gəlib. Hindistanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir. İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da Azərbaycana səfər edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib. Onun sözlərinə görə, Abdullahianın Azərbaycana səfərində məqsəd Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etməkdir. Kənani qeyd edib ki, Abdullahian səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək. Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası 5-6 iyul tarixlərində Bakıda keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/02/452298922_112:0:888:582_1920x0_80_0_0_6373e72881bc184b041edb1a909df174.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qoşulmama hərəkatı, hindistan, xarici işlər naziri, səfirlik, iran, səfər
qoşulmama hərəkatı, hindistan, xarici işlər naziri, səfirlik, iran, səfər
Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri Azərbaycana səfər edirlər
Bu həftə təşkil olunacaq Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirləri Bakıya səfər edir. Hindistan xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə katibi ölkəmizdədir
BAKI, 3 iyul — Sputnik. Hindistan xarici işlər nazirinin müavini, Xarici İşlər Nazirliyinin Qərb istiqaməti üzrə katibi Sanjay Verma Azərbaycana gəlib.
Hindistanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir.
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da Azərbaycana səfər edəcək. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
Onun sözlərinə görə, Abdullahianın Azərbaycana səfərində məqsəd Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etməkdir.
Kənani qeyd edib ki, Abdullahian səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.
Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclası 5-6 iyul tarixlərində Bakıda keçiriləcək.