Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Ötən il vəfat edən və təhsil müəssisələrindən xaric edilən tələbələrin sayı açıqlanıb

© AFP 2023 / MARTIN BUREAUtələbə
tələbə - Sputnik Azərbaycan, 1920, 03.07.2023
Abunə olmaq
2022-ci ildə Azərbaycanda vəfat edən tələbələrin sayı açıqlanıb. Onlardan 56-sı bakalavriat, 5-i magistratura, 5-i tam orta ixtisas, 6-sı isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
BAKI, 3 iyul — Sputnik. Ötən il Azərbaycanda 72 tələbə vəfat edib. Bu barədə 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialların əks olunduğu "Abituriyent" jurnalının 12-ci nömrəsində məlumat yer alıb.
Qeyd olunub ki, onlardan 56-sı bakalavriat, 5-i magistratura, 5-i tam orta ixtisas, 6-sı isə orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
2022-ci ildə təhsil haqqının ödənilməməsinə, dərs buraxmaya görə və ya öz xahişi ilə xaric edilən tələbələrin sayı açıqlanıb.
Qeyd edilib ki, ötən il təhsil müəssisəsindən xaric edilən tələbələrin sayı 7855 olub. Onlardan 4280-i bakalavriat, 946-sı magistratura, 1409-u tam orta, 1220-si isə ümumi orta ixtisas bazası üzrə təhsil alan tələbələr olub.
Xəbər lenti
0