https://sputnik.az/20230703/muselman-dovletleri-islamofobiyaya-qarsi-kollektiv-fealiyyete-cagiris-edibler-456442421.html
Müsəlman dövlətləri islamofobiyaya qarşı kollektiv fəaliyyətə çağırış ediblər
Müsəlman dövlətləri islamofobiyaya qarşı kollektiv fəaliyyətə çağırış ediblər
Sputnik Azərbaycan
İbrahim Taha hər hansı din əleyhinə çağırışlara qarşı beynəlxalq hüququn təcili tətbiqi ilə bağlı beynəlxalq ictimaiyyətlə daimi işin zəruriliyini vurğulayıb. 03.07.2023, Sputnik Azərbaycan
2023-07-03T11:27+0400
2023-07-03T11:27+0400
2023-07-03T11:27+0400
iət
cəmiyyət
islam əməkdaşlıq təşkilatı
islamofobiya
stokholm
səudiyyə ərəbistanı
https://cdnn1.img.sputnik.az/img/41129/20/411292011_0:0:2635:1483_1920x0_80_0_0_e430e3888ed13fd82230f72e0d9dc9a6.jpg
BAKI, 3 iyul — Sputnik. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr bazar günü İslamın simvollarını təhqir edən təkrar hərəkətlərə son qoymaq üçün kollektiv fəaliyyətə çağırıb. Bu barədə "RİA Novosti" Səudiyyə Ərəbistanının "Əl-İxbariyyə" telekanalına istinadən xəbər verir. İslam Əməkdaşlıq Təşkilatının baş katibi İbrahim Taha Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Ciddədə keçirilən təşkilatın fövqəladə iclasında deyib: "Artıq Qurani-Kərimi ləkələmək və İslam peyğəmbərini təhqir etmək az rast gəlinən hallardan deyil. Müsəlman ölkələri bunun qarşısını almaq üçün kollektiv tədbirlər görməlidir". O, hər hansı din əleyhinə çağırışlara qarşı beynəlxalq hüququn təcili tətbiqi ilə bağlı beynəlxalq ictimaiyyətlə daimi işin zəruriliyini vurğulayıb. Stokholmda Qurban bayramı zamanı Quranın təhqir edilməsi və yandırılması dünyanın bir çox ölkələrində geniş əks-səda doğurub. İraq İsveç səlahiyyətlilərindən aksiyanı törədən immiqrantın mühakimə olunmaq üçün təhvil verilməsini tələb edib, cümə axşamı günü onlarla iraqlı ölkənin Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Hadisə Əlcəzair, Əfqanıstan, Misir, İndoneziya, Livan, Suriya, Türkiyə, Özbəkistan, Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbül Qeyt və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi tərəfindən də pislənib. İordaniya və BƏƏ Xarici İşlər Nazirlikləri İsveç səfirlərinə etiraz notası təqdim edib. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bu hadisənin iştirakçılarının cəzasız qalması gözlənilməz fəlakətli nəticələrə gətirib çıxara bilər və dünya ictimaiyyəti bu cür qanunsuz hərəkətlərə müqavimət göstərməlidir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41129/20/411292011_73:0:2521:1836_1920x0_80_0_0_b035757bb4b5128bfc4d64729b431d63.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iət, islam əməkdaşlıq təşkilatı, islamofobiya, stokholm, səudiyyə ərəbistanı
iət, islam əməkdaşlıq təşkilatı, islamofobiya, stokholm, səudiyyə ərəbistanı
Müsəlman dövlətləri islamofobiyaya qarşı kollektiv fəaliyyətə çağırış ediblər
İbrahim Taha hər hansı din əleyhinə çağırışlara qarşı beynəlxalq hüququn təcili tətbiqi ilə bağlı beynəlxalq ictimaiyyətlə daimi işin zəruriliyini vurğulayıb.
BAKI, 3 iyul — Sputnik. İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr bazar günü İslamın simvollarını təhqir edən təkrar hərəkətlərə son qoymaq üçün kollektiv fəaliyyətə çağırıb. Bu barədə "RİA Novosti" Səudiyyə Ərəbistanının "Əl-İxbariyyə" telekanalına istinadən xəbər verir.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İbrahim Taha Səudiyyə Ərəbistanının təşəbbüsü ilə Ciddədə keçirilən təşkilatın fövqəladə iclasında deyib: "Artıq Qurani-Kərimi ləkələmək və İslam peyğəmbərini təhqir etmək az rast gəlinən hallardan deyil. Müsəlman ölkələri bunun qarşısını almaq üçün kollektiv tədbirlər görməlidir".
O, hər hansı din əleyhinə çağırışlara qarşı beynəlxalq hüququn təcili tətbiqi ilə bağlı beynəlxalq ictimaiyyətlə daimi işin zəruriliyini vurğulayıb.
Stokholmda Qurban bayramı zamanı Quranın təhqir edilməsi və yandırılması dünyanın bir çox ölkələrində geniş əks-səda doğurub. İraq İsveç səlahiyyətlilərindən aksiyanı törədən immiqrantın mühakimə olunmaq üçün təhvil verilməsini tələb edib, cümə axşamı günü onlarla iraqlı ölkənin Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Hadisə Əlcəzair, Əfqanıstan, Misir, İndoneziya, Livan, Suriya, Türkiyə, Özbəkistan, Ərəb Dövlətləri Liqasının (LAS) baş katibi Əhməd Əbül Qeyt və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi tərəfindən də pislənib. İordaniya və BƏƏ Xarici İşlər Nazirlikləri İsveç səfirlərinə etiraz notası təqdim edib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bu hadisənin iştirakçılarının cəzasız qalması gözlənilməz fəlakətli nəticələrə gətirib çıxara bilər və dünya ictimaiyyəti bu cür qanunsuz hərəkətlərə müqavimət göstərməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.