https://sputnik.az/20230703/gunes-enerjisi-ile-isleyen-avtomobil-uzerinde-calisan-azerbaycanli-telebe-456422675.html
Günəş enerjisi ilə işləyən avtomobil üzərində çalışan azərbaycanlı tələbə
Günəş enerjisi ilə işləyən avtomobil üzərində çalışan azərbaycanlı tələbə
Sputnik Azərbaycan
Həmyerlimiz təhsilini başa vurduqdan sonra ölkəmizə dönmək və "Made in Azerbaijan" brendi adı altında işlər görmək niyyətindədir. 03.07.2023, Sputnik Azərbaycan
2023-07-03T09:02+0400
2023-07-03T09:02+0400
2023-07-03T09:02+0400
cəmiyyət
günəş
avtomobil
elektrik
yarış
sürət
avstraliya
https://cdnn1.img.sputnik.az/img/07e7/06/15/456127768_0:67:1280:787_1920x0_80_0_0_9d757f19f3fa3f0ea15771e448b277bb.jpg
BAKI, 3 iyul — Sputnik. Bu gün Azərbaycan kənarda da istedadlı kadrlar yetişir. Onlardan biri də Türkiyədə təhsil alan 19 yaşlı Cavad İbrahimlidir. 2021-ci ildə Bakı şəhər, Nizami rayonu Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbi bitirən Cavad İbrahimli həmin ildə İstanbul Texniki Universitetində "Elektronika və Kommunikasiya Mühəndisliyi" ixtisasına qəbul olub.Artıq üçüncü kurs tələbəsi olan Cavad universitetin nəzdində fəaliyyət göstərən "Günəşlə İşləyən Avtomobillər" komandasında çalışır. Bakalavr dərəcəsini tamamladıqdan sonra ən prestijli universitetlərdən birində magistr və doktorontura təhsili alaraq ölkəyə geri dönməyi hədəfləyən Cavad "Made İn Azerbaijan" brendi altında müəyyən uğurlara imza atmağı da qarşısına hədəf qoyub. O, hazırda isə Günəş enerjisi ilə hərəkət edən avtomobillər üzərində işləyir. Birgə işlədiyi komanda haqda məlumat verən Cavad İbrahimli bildirir ki, təmqil olunduğu komanda hazırda əsasən iki avtomobil üzərində işləri davam etdirir:Avtomatlaşma və simulyasiya sistemləri üzərindən çalışan Cavad İbrahimli bildirir ki, komanda pilotsuz avotmobil ərsəyə gətirməyi planlaşdrırı:"İkinci avtomobil üzərində işləməkdə məqsəd avtomatlaşdırılmış sistemlər quraşdıraraq insan əməyi, sürücü olmadan hərəkəti reallaşdırmaqdır. Birinci qeyd etdiyim avtomobil katamaran formatındadır və Günəş enerjisini ən mükəmməl şəkildə ala biləcək şəkildə dizayn edilib. Günəş işığı 90 dərəcədə düşərsə, bu avtomobil benzinlə çalışan avomobillər kimi uzun müddət boyunca, dayanmadan fasiləsiz şəkildə yanacağa tələbat yaranmadan hərəkət edə bilir. Aerodinamikası da yüksək səviyyədə hazırlanıb. Digər, "İkinci Mahmud" adını verdiyimiz avtomobil ilə aerodinamikanın çox da önəmli olmadığı yarışlarda iştirak edir. Lakin bu avtomobildə sürət və sair bu kimi amillərə daha çox diqqət ayrılıb. Hər iki avtomobilin dizaynı üzərində uzun müddət çalışmışıq. Biz hər iki avtomobilimizlə yarışlara qatılırıq. Yarışlar boyunca da bilik və təcrübələrimizi inkişaf etdiririk. "TEXNOFEST" yarışında da iştirak etmişik". Həmsöhbəttimiz bir qədər uğurlardan da söz açıb. Onun sözlərinə görə, buna qədər "Avstraliya Günəş Avtomobili", "Avropa Günəş Avtomobili" yarışlarında iştirak edərək medala layiq görülüblər:"Hər bir yarışın özünəməxsus tələbləri var. Qarşıda iki yarışımız var: Avstraliyada baş tutacaq "Dünya Günəş Avtomobili", digəri isə Rumıniyada baş tutacaq "Avtomatlaşdırılmış avtomobillər" yarışıdır. Bundan başqa, Ərəbistanda baş tutacaq Afrika və Asiya ölkələrinin təmsil olunacağı "Günəş Avtomobilləri" yarışına da qatılmağı hədəfləyirik. Yetərli büdcə ayrılarsa, ABŞ-da baş tutacaq yarışda da iştirak edəcəyik. Belə yarışlar arasında ən əhəmiyyətlilərindən biri isə İtaliyada baş tutacaq. Bu yarışlarda yer qazanmaq üçün böyük enerji və zaman sərf edirik. Professorlarla daimi əlaqədə oluruq", - deyə o əlavə edib. Avstraliyada keçiriləcək yarış haqda danışan həmsöhbətimiz bildirir ki, bu iki ildə bir dəfə baş tutur:Həmyerlimiz bunadək fərdi qaydada da müəyyən yarışlara qatılıb. Hazırda əsas diqqətini avtomobil sektoru və avtomobillərin avtomatlaşdırılmasına - pilotsuz idarə edilməsinə fokuslayan həmsöhbətimiz bildirir ki, robotexnika, avtomatlaşdırılmış maşınlar və onların dizyanına dair fənləri öyrənir. C.İbrahimli gələcək hədəflərindən də söz açıb. O, təhsilini tamamlayıb ölkəmizə qayıtdıqda Tesla kimi şirkətlərin yaratdığı idarəedici mexanizmləri Azərbaycanda daha əlçatan etmək niyyətindədir:Qeyd edək ki, həmsöhbətimiz hazırda həm də biznes və menecmentlə bağlı bilikərə yiyiələnir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/15/456127768_72:0:1209:853_1920x0_80_0_0_f996638999ce1fe3338cd5bc5b5f3787.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
günəş, avtomobil, elektrik, yarış, sürət, avstraliya
günəş, avtomobil, elektrik, yarış, sürət, avstraliya
Günəş enerjisi ilə işləyən avtomobil üzərində çalışan azərbaycanlı tələbə
Həmyerlimiz təhsilini başa vurduqdan sonra ölkəmizə dönmək və "Made in Azerbaijan" brendi adı altında işlər görmək niyyətindədir.
BAKI, 3 iyul — Sputnik. Bu gün Azərbaycan kənarda da istedadlı kadrlar yetişir. Onlardan biri də Türkiyədə təhsil alan 19 yaşlı Cavad İbrahimlidir. 2021-ci ildə Bakı şəhər, Nizami rayonu Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbi bitirən Cavad İbrahimli həmin ildə İstanbul Texniki Universitetində "Elektronika və Kommunikasiya Mühəndisliyi" ixtisasına qəbul olub.
Artıq üçüncü kurs tələbəsi olan Cavad universitetin nəzdində fəaliyyət göstərən "Günəşlə İşləyən Avtomobillər" komandasında çalışır.
Bakalavr dərəcəsini tamamladıqdan sonra ən prestijli universitetlərdən birində magistr və doktorontura təhsili alaraq ölkəyə geri dönməyi hədəfləyən Cavad "Made İn Azerbaijan" brendi altında müəyyən uğurlara imza atmağı da qarşısına hədəf qoyub.
O, hazırda isə Günəş enerjisi ilə hərəkət edən avtomobillər üzərində işləyir. Birgə işlədiyi komanda haqda məlumat verən Cavad İbrahimli bildirir ki, təmqil olunduğu komanda hazırda əsasən iki avtomobil üzərində işləri davam etdirir:
"2004-cü ildə universitetin tələbələri tərəfindən yaradılan “Avtomatlaşdırılmış Sistemlər Qrupu” komandası bu illər ərzində 14 belə avtomobil hazırlayıb. Komanda yaranandan "İTU Günəş avtomobilləri" yaratmağı planlaşdırır. Hazırda iki avtomobil üzərində aktiv şəkildə çalışırıq. Onlardan biri "ARİBA X" adını verdiyimiz və yalnız Günəş enerjisi ilə işləyən avtomobildir. Digəri isə batareyalar hesabına elektrik enerjisi ilə təchiz edilir. Bu avtomobildə alt sistemlərdə Günəş enerjisi panelləri istifadə edilir. Alt sistemlər dedikdə isə əyləc sistemlərinin bir qismini və işıq panellərini nəzərdə tuturuq".
Avtomatlaşma və simulyasiya sistemləri üzərindən çalışan Cavad İbrahimli bildirir ki, komanda pilotsuz avotmobil ərsəyə gətirməyi planlaşdrırı:
"İkinci avtomobil üzərində işləməkdə məqsəd avtomatlaşdırılmış sistemlər quraşdıraraq insan əməyi, sürücü olmadan hərəkəti reallaşdırmaqdır. Birinci qeyd etdiyim avtomobil katamaran formatındadır və Günəş enerjisini ən mükəmməl şəkildə ala biləcək şəkildə dizayn edilib. Günəş işığı 90 dərəcədə düşərsə, bu avtomobil benzinlə çalışan avomobillər kimi uzun müddət boyunca, dayanmadan fasiləsiz şəkildə yanacağa tələbat yaranmadan hərəkət edə bilir. Aerodinamikası da yüksək səviyyədə hazırlanıb. Digər, "İkinci Mahmud" adını verdiyimiz avtomobil ilə aerodinamikanın çox da önəmli olmadığı yarışlarda iştirak edir. Lakin bu avtomobildə sürət və sair bu kimi amillərə daha çox diqqət ayrılıb. Hər iki avtomobilin dizaynı üzərində uzun müddət çalışmışıq. Biz hər iki avtomobilimizlə yarışlara qatılırıq. Yarışlar boyunca da bilik və təcrübələrimizi inkişaf etdiririk. "TEXNOFEST" yarışında da iştirak etmişik".
Həmsöhbəttimiz bir qədər uğurlardan da söz açıb. Onun sözlərinə görə, buna qədər "Avstraliya Günəş Avtomobili", "Avropa Günəş Avtomobili" yarışlarında iştirak edərək medala layiq görülüblər:
"Məqsədimiz Günəş enerjisi ilə işləyən avtomobilləri insanlara daha əlçatan etmək və belə nəqliyyat vasitələrini hazırlamaq üçün mühəndislərin yetişdirilməsinə nail olmaqdır. Çünki Günəş enerjisi gələcəyimiz üçün böyük potensiala malikdir".
"Hər bir yarışın özünəməxsus tələbləri var. Qarşıda iki yarışımız var: Avstraliyada baş tutacaq "Dünya Günəş Avtomobili", digəri isə Rumıniyada baş tutacaq "Avtomatlaşdırılmış avtomobillər" yarışıdır. Bundan başqa, Ərəbistanda baş tutacaq Afrika və Asiya ölkələrinin təmsil olunacağı "Günəş Avtomobilləri" yarışına da qatılmağı hədəfləyirik. Yetərli büdcə ayrılarsa, ABŞ-da baş tutacaq yarışda da iştirak edəcəyik. Belə yarışlar arasında ən əhəmiyyətlilərindən biri isə İtaliyada baş tutacaq. Bu yarışlarda yer qazanmaq üçün böyük enerji və zaman sərf edirik. Professorlarla daimi əlaqədə oluruq", - deyə o əlavə edib.
Avstraliyada keçiriləcək yarış haqda danışan həmsöhbətimiz bildirir ki, bu iki ildə bir dəfə baş tutur:
"Bu yarışda Darvin adını daşıyan şimal nöqtəsindən ölkənin ən cənub nöqtəsinədək uzanan 3 300 kilometrədək məsafəni 8 gün boyunca heç bir əlavə batareya istifadə etmədən keçmək hədəflənir. Qeyd edim ki, artıq üçüncü dəfə bu yarışa qatılacağıq və əsas məqsədimiz medala layiq görülməkdir. Qeyd edim ki, biz iki il əvvəl Avropada keçirilən bənzər yarışların birində üçüncü yerə layiq görüldük. Avropa üçüncüsü kimi Avstraliyada baş tutacaq yarışa qatılmaq bizə əlavə məsuliyyət verir".
Həmyerlimiz bunadək fərdi qaydada da müəyyən yarışlara qatılıb.
Hazırda əsas diqqətini avtomobil sektoru və avtomobillərin avtomatlaşdırılmasına - pilotsuz idarə edilməsinə fokuslayan həmsöhbətimiz bildirir ki, robotexnika, avtomatlaşdırılmış maşınlar və onların dizyanına dair fənləri öyrənir.
C.İbrahimli gələcək hədəflərindən də söz açıb. O, təhsilini tamamlayıb ölkəmizə qayıtdıqda Tesla kimi şirkətlərin yaratdığı idarəedici mexanizmləri Azərbaycanda daha əlçatan etmək niyyətindədir:
"Ölkəmizdə belə mühəndis kütləsinin yaranmasını arzu edirəm. "Made in Azerbaijan" brendi adı altında işlər görmək istəyirəm".
Qeyd edək ki, həmsöhbətimiz hazırda həm də biznes və menecmentlə bağlı bilikərə yiyiələnir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.