Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Gizir hazırlığı kursu"na qəbul davam edir - VİDEO

© AR Ministry of DefenceHeydər Əliyev adına Hərbi İnstitut
Heydər Əliyev adına Hərbi İnstitut - Sputnik Azərbaycan, 1920, 03.07.2023
Abunə olmaq
Qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər müraciət edə bilərlər.
BAKI, 3 iyul — Sputnik. Heydər Əliyev adına Hərbi İnstituta orta ixtisas təhsili pilləsinə ("Gizir hazırlığı kursu"na) qəbul prosesi davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, kursa qəbul olmaq istəyən cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular (zabit və gizir (miçman) hərbi rütbəsi olanlar istisna olmaqla) və hərbi vəzifəlilər iyulun 10-dək ərizə ilə hərbi institutun rektoruna müraciət edə bilərlər.
Qəbul qaydaları barədə bu linkə keçid edərək ətraflı məlumat əldə edə bilərsiniz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0