https://sputnik.az/20230703/fhn-cimerliklerde-usaqlarin-nezaretsiz-qoyulmasi-ile-bagli-muraciet-edib---vdeo-456449606.html
FHN çimərliklərdə uşaqların nəzarətsiz qoyulması ilə bağlı müraciət edib - VİDEO
FHN çimərliklərdə uşaqların nəzarətsiz qoyulması ilə bağlı müraciət edib - VİDEO
Sputnik Azərbaycan
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, çimərlik ərazisində uşaqları nəzarətsiz qoymamağa çağırır və uşaqların yalnız böyüklərin müşayiəti ilə... 03.07.2023, Sputnik Azərbaycan
2023-07-03T14:17+0400
2023-07-03T14:17+0400
2023-07-03T14:17+0400
fhn
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42423/39/424233900_0:0:3069:1727_1920x0_80_0_0_4bdef8671c24fc73088a3ff2e452ff0e.jpg
BAKI, 3 iyul — Sputnik. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən "Qızılqum" çimərliyində 2017-ci il təvəllüdlü azyaşlının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ərazidə xidmət aparan xilasedicilərinə məlumat daxil olub. FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal axtarışlara cəlb olunan xilasedicilər qısa müddət sonra azyaşlını sağ-salamat taparaq ailə üzvlərinə təhvil veriblər. "Təəssüflə qeyd olunmalıdır ki, uşaqların xüsusilə çimərliklərdə böyüklər tərəfindən nəzarətsiz qoyulması hallarına tez-tez rast gəlinir. Bu isə arzuolunmaz nəticələrə səbəb ola bilən halların yaranmasına gətirib çıxarır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, çimərlik ərazisində uşaqları nəzarətsiz qoymamağa çağırır və uşaqların yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli olduğunu xatırladır", - FHN-in məlumatında deyilir. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42423/39/424233900_106:0:2837:2048_1920x0_80_0_0_5f9f2fbde69f93b931817e1b1b4b3463.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fhn
FHN çimərliklərdə uşaqların nəzarətsiz qoyulması ilə bağlı müraciət edib - VİDEO
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, çimərlik ərazisində uşaqları nəzarətsiz qoymamağa çağırır və uşaqların yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli olduğunu xatırladır.
BAKI, 3 iyul — Sputnik. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ərazisində yerləşən "Qızılqum" çimərliyində 2017-ci il təvəllüdlü azyaşlının itkin düşməsi barədə Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ərazidə xidmət aparan xilasedicilərinə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal axtarışlara cəlb olunan xilasedicilər qısa müddət sonra azyaşlını sağ-salamat taparaq ailə üzvlərinə təhvil veriblər.
"Təəssüflə qeyd olunmalıdır ki, uşaqların xüsusilə çimərliklərdə böyüklər tərəfindən nəzarətsiz qoyulması hallarına tez-tez rast gəlinir. Bu isə arzuolunmaz nəticələrə səbəb ola bilən halların yaranmasına gətirib çıxarır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, çimərlik ərazisində uşaqları nəzarətsiz qoymamağa çağırır və uşaqların yalnız böyüklərin müşayiəti ilə çimərlikdən istifadə etməli olduğunu xatırladır", - FHN-in məlumatında deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.