https://sputnik.az/20230703/cin-ve-abs-munasibetleri-yaxsilasdirmaga-yox-felaketlerden-qacmaga-calisir-456446841.html
Çin və ABŞ münasibətləri yaxşılaşdırmağa yox, fəlakətlərdən qaçmağa çalışır
Çin və ABŞ münasibətləri yaxşılaşdırmağa yox, fəlakətlərdən qaçmağa çalışır
Sputnik Azərbaycan
Çin və ABŞ-ın indi münasibətlərin normallaşması ilə məşğul olduğunu demək olmaz, onlar münasibətlərin sabitləşməsi ilə məşğuldurlar. 03.07.2023, Sputnik Azərbaycan
2023-07-03T13:43+0400
2023-07-03T13:43+0400
2023-07-03T13:43+0400
çin
dünya xəbərləri
abş
rusiya
https://cdnn1.img.sputnik.az/img/42387/08/423870856_0:160:3073:1888_1920x0_80_0_0_d1cf268ca02544420e3ba533e5fc17ef.jpg
BAKI, 3 iyul — Sputnik. İndi Çin və ABŞ münasibətləri normallaşdırmağa çalışmır, onlar yalnız böhrandan qaçmaq üçün münasibətləri sabitləşdirməyə cəhd edirlər. Bunu ABŞ və Çindən olan ekspertlər "RİA Novosti"yə bildiriblər. Tsinxua Universitetinin Beynəlxalq Strategiya və Təhlükəsizlik Mərkəzinin direktoru Da Vey Pekində keçirilən 11-ci Ümumdünya Sülh Forumu çərçivəsində bildirib ki, Çin və ABŞ-ın indi münasibətlərin normallaşması ilə məşğul olduğunu demək olmaz, onlar münasibətlərin sabitləşməsi ilə məşğuldurlar, tərəflər münaqişə istəmir. Onun sözlərinə görə, tərəflər arasında problemlər var, amma yeni problemlər də yarana bilər. "Lakin bu, tərəflərin münasibətləri sabitləşdirmək səylərinə mane olmayacaq. Söhbət yaxşılaşmadan getmir, yalnız münasibətlərin səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün sabitləşmədən gedir", - Da Vey deyib. Ekspertin fikrincə, ABŞ Prezidenti Co Baydenin Çin və onun lideri haqqında son günlər səsləndirdiyi neqativ bəyanatlar bu prosesə heç bir mənfi təsir göstərməyəcək: "Ən azı bu payızda APEC-in (zirvə toplantısına) qədər münasibətlər bir az stabilləşməlidir. İndi qarşılıqlı səfərlərlə bağlı yaxşı xəbərlər var, lakin onlar münasibətlərin yaxşılaşmasına gətirib çıxara bilməz". O, ABŞ-ın Çinlə strateji rəqabət aparmağa, müəyyən dialoq və əməkdaşlığa can atmağa davam edəcəyinə əminliyini ifadə edib. "Düşünmürəm ki, indiki mərhələdə kimsə normal vəziyyətə qayıtmağa çalışır, biz sadəcə minimal kompromislərə nail olmaqla fəlakətlərdən qaçmağa çalışırıq", - deyə Karnegi Beynəlxalq Sülh Fondunun görkəmli əməkdaşı Duqlas Paal RİA Novosti-yə bildirib. Paal vurğulayıb ki, o, fəlakətlər dedikdə, kiminsə təyyarəyə atəş açması və ya iki təyyarənin və ya gəminin qəzaya uğraması nəticəsində yarana biləcək münaqişələri nəzərdə tutur: "Daha sonra isə beynəlxalq iqtisadiyyat sahəsində müəyyən əməkdaşlıqlar nəzərdə tutulur". O əlavə edib ki, ABŞ-da həm Çin, həm də Rusiya ilə bağlı fərqli fikirlər var. "Bu fikirlər, xüsusən də seçki kampaniyaları zamanı müxtəlif formalarda ifadə olunur. Ona görə də insanlar müxtəlif növ ziddiyyətli bəyanatlarla yaşamağa hazır olmalıdırlar", - deyə Paal bildirib. Çin və ABŞ arasında münasibətlər son dərəcə gərgin mərhələdədir. Dövlət katibi Entoni Blinkenin 18-19 iyun tarixlərində Pekinə səfəri fikir ayrılıqlarını yumşaltmaq məqsədi daşısa da, geri qayıtdıqdan qısa müddət sonra ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpin üçün "diktator" sözünü işlədib. Bu bəyanat Pekində kəskin hiddət doğurub və Vaşinqton ikiüzlülükdə qınanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42387/08/423870856_170:0:2901:2048_1920x0_80_0_0_a27556aa7b830d3672691eb15e7ad587.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin, abş, rusiya
Çin və ABŞ münasibətləri yaxşılaşdırmağa yox, fəlakətlərdən qaçmağa çalışır
Çin və ABŞ-ın indi münasibətlərin normallaşması ilə məşğul olduğunu demək olmaz, onlar münasibətlərin sabitləşməsi ilə məşğuldurlar.
BAKI, 3 iyul — Sputnik. İndi Çin və ABŞ münasibətləri normallaşdırmağa çalışmır, onlar yalnız böhrandan qaçmaq üçün münasibətləri sabitləşdirməyə cəhd edirlər. Bunu ABŞ və Çindən olan ekspertlər "RİA Novosti"yə bildiriblər.
Tsinxua Universitetinin Beynəlxalq Strategiya və Təhlükəsizlik Mərkəzinin direktoru Da Vey Pekində keçirilən 11-ci Ümumdünya Sülh Forumu çərçivəsində bildirib ki, Çin və ABŞ-ın indi münasibətlərin normallaşması ilə məşğul olduğunu demək olmaz, onlar münasibətlərin sabitləşməsi ilə məşğuldurlar, tərəflər münaqişə istəmir.
Onun sözlərinə görə, tərəflər arasında problemlər var, amma yeni problemlər də yarana bilər. "Lakin bu, tərəflərin münasibətləri sabitləşdirmək səylərinə mane olmayacaq. Söhbət yaxşılaşmadan getmir, yalnız münasibətlərin səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün sabitləşmədən gedir", - Da Vey deyib.
Ekspertin fikrincə, ABŞ Prezidenti Co Baydenin Çin və onun lideri haqqında son günlər səsləndirdiyi neqativ bəyanatlar bu prosesə heç bir mənfi təsir göstərməyəcək: "Ən azı bu payızda APEC-in (zirvə toplantısına) qədər münasibətlər bir az stabilləşməlidir. İndi qarşılıqlı səfərlərlə bağlı yaxşı xəbərlər var, lakin onlar münasibətlərin yaxşılaşmasına gətirib çıxara bilməz".
O, ABŞ-ın Çinlə strateji rəqabət aparmağa, müəyyən dialoq və əməkdaşlığa can atmağa davam edəcəyinə əminliyini ifadə edib.
"Düşünmürəm ki, indiki mərhələdə kimsə normal vəziyyətə qayıtmağa çalışır, biz sadəcə minimal kompromislərə nail olmaqla fəlakətlərdən qaçmağa çalışırıq", - deyə Karnegi Beynəlxalq Sülh Fondunun görkəmli əməkdaşı Duqlas Paal RİA Novosti-yə bildirib.
Paal vurğulayıb ki, o, fəlakətlər dedikdə, kiminsə təyyarəyə atəş açması və ya iki təyyarənin və ya gəminin qəzaya uğraması nəticəsində yarana biləcək münaqişələri nəzərdə tutur:
"Daha sonra isə beynəlxalq iqtisadiyyat sahəsində müəyyən əməkdaşlıqlar nəzərdə tutulur".
O əlavə edib ki, ABŞ-da həm Çin, həm də Rusiya ilə bağlı fərqli fikirlər var.
"Bu fikirlər, xüsusən də seçki kampaniyaları zamanı müxtəlif formalarda ifadə olunur. Ona görə də insanlar müxtəlif növ ziddiyyətli bəyanatlarla yaşamağa hazır olmalıdırlar", - deyə Paal bildirib.
Çin və ABŞ arasında münasibətlər son dərəcə gərgin mərhələdədir. Dövlət katibi Entoni Blinkenin 18-19 iyun tarixlərində Pekinə səfəri fikir ayrılıqlarını yumşaltmaq məqsədi daşısa da, geri qayıtdıqdan qısa müddət sonra ABŞ Prezidenti Co Bayden Çin lideri Si Cinpin üçün "diktator" sözünü işlədib. Bu bəyanat Pekində kəskin hiddət doğurub və Vaşinqton ikiüzlülükdə qınanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.