https://sputnik.az/20230703/bfmtv-fransa-polisi-son-uc-gunde-3200-igtisascini-saxlayib-456460487.html
BFMTV: Fransa polisi son üç gündə 3200 iğtişaşçını saxlayıb
BFMTV: Fransa polisi son üç gündə 3200 iğtişaşçını saxlayıb
Sputnik Azərbaycan
Fransanın daxili işlər naziri etirazçılara qarşı "sərt" olmağa çağırıb. 03.07.2023, Sputnik Azərbaycan
2023-07-03T18:28+0400
2023-07-03T18:28+0400
2023-07-03T18:28+0400
fransa
dünya xəbərləri
etirazçı
etiraz aksiyaları
saxlanılma
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1e/456388253_0:160:3072:1888_1920x0_80_0_0_8268e8794729b6c78ad16e58293326c9.jpg
BAKI, 3 iyul — Sputnik. Fransa polisi son üç sutkada 17 yaşlı sürücünün polis tərəfindən öldürülməsi nəticəsində iğtişaş törədən 3200 iğtişaşçını saxlayıb. Bu barədə BFMTV telekanalı xəbər verib. Efirdə həmçinin Fransanın daxili işlər naziri Jerald Dermanenin hazırkı etiraz aksiyalarını "misli görünməmiş" hadisə adlandırdığı sözləri yer alıb. Nazir qeyd edib ki, polislər "çətin şəraitdə" işləyiblər və o, nümayişçilərə qarşı "sərt" olmağa çağırıb. Xatırladaq ki, iğtişaşlar iyunun 27-də təhlükəsizlik qüvvələrinin dayanmaq tələbini yerinə yetirməkdən imtina edən 17 yaşlı sürücünün fransız polisi tərəfindən öldürülməsindən sonra Parisin bir neçə şəhərini əhatə edib. Hazırda etirazçılar artıq 3,8 minə yaxın avtomobilə, həmçinin yerli administrasiyaların və hüquq-mühafizə orqanlarının bir çox binalarına ziyan vurublar. İğtişaşçılar həmçinin 250-yə yaxın bank filialını və on ticarət mərkəzini qarət ediblər. Onları dağıtmaq üçün hakimiyyət polis xüsusi təyinatlıları və zirehli texnikanı cəlb edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Fransa həmkarlar ittifaqlarının kütləvi etirazların güc yolu ilə həll edilməsinə dair çağırışları ölkədə "xəyali tolerantlığın" iflasa uğradığını göstərib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1e/456388253_171:0:2902:2048_1920x0_80_0_0_82a4a6fc77d978ffb79955b56eff880e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, etirazçı, etiraz aksiyaları, saxlanılma
fransa, etirazçı, etiraz aksiyaları, saxlanılma
BFMTV: Fransa polisi son üç gündə 3200 iğtişaşçını saxlayıb
Fransanın daxili işlər naziri etirazçılara qarşı "sərt" olmağa çağırıb.
BAKI, 3 iyul — Sputnik. Fransa polisi son üç sutkada 17 yaşlı sürücünün polis tərəfindən öldürülməsi nəticəsində iğtişaş törədən 3200 iğtişaşçını saxlayıb.
Bu barədə BFMTV telekanalı xəbər verib.
Efirdə həmçinin Fransanın daxili işlər naziri Jerald Dermanenin hazırkı etiraz aksiyalarını "misli görünməmiş" hadisə adlandırdığı sözləri yer alıb. Nazir qeyd edib ki, polislər "çətin şəraitdə" işləyiblər və o, nümayişçilərə qarşı "sərt" olmağa çağırıb.
Xatırladaq ki, iğtişaşlar iyunun 27-də təhlükəsizlik qüvvələrinin dayanmaq tələbini yerinə yetirməkdən imtina edən 17 yaşlı sürücünün fransız polisi tərəfindən öldürülməsindən sonra Parisin bir neçə şəhərini əhatə edib.
Hazırda etirazçılar artıq 3,8 minə yaxın avtomobilə, həmçinin yerli administrasiyaların və hüquq-mühafizə orqanlarının bir çox binalarına ziyan vurublar. İğtişaşçılar həmçinin 250-yə yaxın bank filialını və on ticarət mərkəzini qarət ediblər. Onları dağıtmaq üçün hakimiyyət polis xüsusi təyinatlıları və zirehli texnikanı cəlb edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Fransa həmkarlar ittifaqlarının kütləvi etirazların güc yolu ilə həll edilməsinə dair çağırışları ölkədə "xəyali tolerantlığın" iflasa uğradığını göstərib.