Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakıda ən çox şagird sıxlığı olan məktəbin adı açıqlandı

© Sputnik / Murad OrujovBakıda məktəb, arxiv şəkli
Bakıda məktəb, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.07.2023
Abunə olmaq
Mehriban Vəliyeva bildirib ki, ötən il paytaxt ərazisində açılan 8 məktəbin bir qismi məhz Binədə yerləşir.
BAKI, 3 iyul — Sputnik. "Hazırda şagird sıxlığı daha çox Binə qəsəbəsində yerləşən məktəblərdə müşahidə olunur".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Report" a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.
O xatırladıb ki, ötən il paytaxt ərazisində açılan 8 məktəbin bir qismi məhz Binədə yerləşir: "Bununla da orada şagird sıxlığı qismən aradan qaldırılıb. Çətinliyin həllinə doğru gedirik. Təbii ki, problem dövlətin atdığı addımlar sayəsində aradan qaldırılır".
Qeyd edək ki, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbuluna start verilsə də, Abşeron, Xırdalan, Sumqayıt ərazilərində əksər məktəblərə şagird qeydiyyatında problem yaranmışdı. Elm və Təhsil Naziri Emin Əmrullayev Abşeron məktəblərində birinci sinfə qəbulda yaranmış çətinliyin şagird sıxlığı bağlı olduğunu bildirib. Nazir qeyd edib ki, bəzi məktəblərə priotetlərin tətbiq edilməsi vacibdir. Amma o, ərazi üzrə qeydiyyatda olan şəxslərin övladlarının yaşadığı yer üzrə məktəbə qəbul olunacağını bildirib. Emin Əmrullayev belə problemlə qarşılaşan şəxsləri Nazirliyə müraciət etməyə səsləmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0