https://sputnik.az/20230703/azerbaycanda-sel-ve-dasqin-fesadlari-ile-bagli-musavire-kecirilib-456462317.html
Azərbaycanda sel və daşqın fəsadları ilə bağlı müşavirə keçirilib
Azərbaycanda sel və daşqın fəsadları ilə bağlı müşavirə keçirilib
Sputnik Azərbaycan
Baş nazir Ə.Əsədov bildirib ki, ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkənin bəzi rayonlarında hava şəraiti qeyri-sabit keçib, yağıntıların... 03.07.2023, Sputnik Azərbaycan
2023-07-03T20:13+0400
2023-07-03T20:13+0400
2023-07-03T20:15+0400
sel
cəmiyyət
nazirlər kabineti
əli əsədov
ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
https://cdnn1.img.sputnik.az/img/42394/87/423948740_0:128:1280:848_1920x0_80_0_0_10e5bce2e271212ea665e905f5565772.jpg
BAKI, 3 iyul - Sputnik. İyulun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.Müşavirəni açan Baş nazir Ə.Əsədov bildirib ki, ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkənin bəzi rayonlarında hava şəraiti qeyri-sabit keçib, yağıntıların miqdarı artıb, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olub.Qeyd edilib ki, əsasən iyun ayında respublikanın əksər ərazilərində çaylara sel sularının daxil olması nəticəsində bir sıra çaylarda sululuq artmış, sel və daşqınlar baş verib.Təbii fəlakət baş verdiyi rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər görülüb, ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyişdirilmiş, yuyularaq dağıdılan yol infrastrukturu bərpa olunub.Bildirilib ki, təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, o cümlədən, əkin sahələrinə və fermer təsərrüfatlarına, həmçinin digər infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.Müşavirədə sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün görülən işlər barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri və operativ tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.Eyni zamanda, qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42394/87/423948740_84:0:1221:853_1920x0_80_0_0_6dddab3fa15a7fe1a7f3849cf1b36e09.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sel, nazirlər kabineti, əli əsədov, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
sel, nazirlər kabineti, əli əsədov, ekologiya və təbii sərvətlər nazirliyinin (etsn) milli hidrometeorologiya departamenti
Azərbaycanda sel və daşqın fəsadları ilə bağlı müşavirə keçirilib
20:13 03.07.2023 (Yenilənib: 20:15 03.07.2023) Baş nazir Ə.Əsədov bildirib ki, ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkənin bəzi rayonlarında hava şəraiti qeyri-sabit keçib, yağıntıların miqdarı artıb, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olub.
BAKI, 3 iyul - Sputnik. İyulun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Müşavirəni açan Baş nazir Ə.Əsədov bildirib ki, ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkənin bəzi rayonlarında hava şəraiti qeyri-sabit keçib, yağıntıların miqdarı artıb, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olub.
Qeyd edilib ki, əsasən iyun ayında respublikanın əksər ərazilərində çaylara sel sularının daxil olması nəticəsində bir sıra çaylarda sululuq artmış, sel və daşqınlar baş verib.
Təbii fəlakət baş verdiyi rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər görülüb, ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyişdirilmiş, yuyularaq dağıdılan yol infrastrukturu bərpa olunub.
Bildirilib ki, təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, o cümlədən, əkin sahələrinə və fermer təsərrüfatlarına, həmçinin digər infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.
Müşavirədə sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün görülən işlər barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.
Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri və operativ tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.
Eyni zamanda, qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edilib.