CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan vətəndaşlarının Türkiyədə ev alışı azalıb - Ən çox rusiyalılar alıb

© Sputnik / Anton Denisov / Mediabanka keçidAnakaranın bir görünüşü
Anakaranın bir görünüşü - Sputnik Azərbaycan, 1920, 03.07.2023
Abunə olmaq
May ayında Türkiyədə ən çox mənzil Rusiya vətəndaşları alıblar. Sonrakı yerlərdə isə İran, Ukrayna və Almaniya vətəndaşları gəliblər.
BAKI, 03 iyul — Sputnik, Xalid Məmmədov. Azərbaycan vətəndaşlarının Türkiyədə mənzil alışı kəskin azalıb.
Sputnik Azərbaycan Türkiyənin Statistika İdarəsinə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları bu ilin may ayında Türkiyədən 75 mənzil alıblar. Bu, ötən ilin may ayı ilə müqayisədə 43 mənzil azdır. Ötən ilin may ayında bu rəqəm 118 idi.
2023-cü ilin yanvar-may aylarında isə Azərbaycan vətəndaşları Türkiyədən cəmi 336 mənzil alıblar. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 235 mənzil azdır. Keçən ilin 5 ayında azərbaycanlılar Türkiyədən 571 mənzil almışdılar.
Ən çox mənzil Rusiya vətəndaşları alıb
Məlumata görə, may ayında Türkiyədən ən çox mənzil (991 mənzil) Rusiya vətəndaşları alıblar. Sonrakı yerlərdə 503 mənzillə İran, 175 mənzillə Ukrayna və 129 mənzillə Almaniya vətəndaşları gəliblər.
Ümumiyyətlə, 2023-cü ilin yanvar-may aylarında Rusiya vətəndaşları Türkiyədən 5 min 723 mənzil alıblar. Keçən ilin eyni dövründə isə bu rəqəm 3 min 962 olub. Beləliklə, bu ilin 5 ayında Rusiya vətəndaşlarının Türkiyədən ev alışları 1761 mənzil artıb.
Əcnəbilərə bu il mənzil satışı 37,8% azalıb
Türkiyənin Statistika İdarəsinin məlumatına görə, 2023-cü ilin may ayında əcnəbilərə mənzil satışı 2022-ci ilin may ayı ilə müqayisədə 46,9% azalaraq 3 min 167 olub. May ayında xarici vətəndaşlara mənzil satışının ümumi mənzil satışlarında payı 2,8% təşkil edib. Əcnəbilərə mənzil satışı ən çox (1245 mənzil) Antalyada olub. İstanbulda əcnəbilər 934 mənzil, Mersində 249 mənzil alıblar.
Ümumilikdə, 2023-cü ilin yanvar-may aylarında əcnəbilərə mənzil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 37,8% azalaraq 16 min 650 olub.
Türkiyədə evlərin bahalaşması və zəlzələlər zamanı bir sıra binaların dağılması mənzil alışının azalmasına səbəb olub.
Xatırladaq ki, bu ilin fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Fevralın 6-da Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 50,5 min nəfərə çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0