https://sputnik.az/20230703/abseronda-4-nefere-kesici-aletle-xesaretler-yetiren-sexs-tutulub-456466687.html
Abşeronda 4 nəfərə kəsici alətlə xəsarətlər yetirən şəxs tutulub
Abşeronda 4 nəfərə kəsici alətlə xəsarətlər yetirən şəxs tutulub
Sputnik Azərbaycan
Zümrüd Haşımova aldığı xəsarətlərdən bu gün saat 16 radələrində müalicə aldığı xəstəxanada ölüb. 03.07.2023, Sputnik Azərbaycan
2023-07-03T22:48+0400
2023-07-03T22:48+0400
2023-07-03T22:48+0400
hadisə
abşeron
abşeron rayonu
kəsici alət
mehdiabad qəsəbəsi
prokurorluq
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:320:3073:2048_1920x0_80_0_0_2b556161f0c0c529e9da8fb3ce9362b4.jpg
BAKI, 3 iyul - Sputnik. Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrində 4 nəfərə kəsici alətlə xəsarətlər yetirən şəxsə cinayət işi açılıb.Abşeron rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, iyulun 3-ü, saat 10 radələrində Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələri ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Araşdırma zamanı 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.Zümrüd Haşımova aldığı xəsarətlərdən bu gün saat 16 radələrində müalicə aldığı xəstəxanada ölüb. Digər şəxslərin vəziyyəti ağır olmaqla müalicələri xəstəxanada davam etdirilir.Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.İbtidai istintaq davam edir. Nəticə barədə əlavə məlumat veriləcək.
mehdiabad qəsəbəsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/16/423951657_0:0:2731:2048_1920x0_80_0_0_f71bbaba23a4e4f51477fbf0e36738d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abşeron, abşeron rayonu, kəsici alət, mehdiabad qəsəbəsi, prokurorluq
abşeron, abşeron rayonu, kəsici alət, mehdiabad qəsəbəsi, prokurorluq
Abşeronda 4 nəfərə kəsici alətlə xəsarətlər yetirən şəxs tutulub
Zümrüd Haşımova aldığı xəsarətlərdən bu gün saat 16 radələrində müalicə aldığı xəstəxanada ölüb.
BAKI, 3 iyul - Sputnik. Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrində 4 nəfərə kəsici alətlə xəsarətlər yetirən şəxsə cinayət işi açılıb.
Abşeron rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, iyulun 3-ü, saat 10 radələrində Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələri ərazisində 4 nəfər şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Zümrüd Haşımova aldığı xəsarətlərdən bu gün saat 16 radələrində müalicə aldığı xəstəxanada ölüb. Digər şəxslərin vəziyyəti ağır olmaqla müalicələri xəstəxanada davam etdirilir.
Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir. Nəticə barədə əlavə məlumat veriləcək.