https://sputnik.az/20230703/abs-kimyevi-silahlarin-qadagan-edilmesi-teskilati-ile-yeni-sazis-imzalayib-456456780.html
ABŞ Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı ilə yeni saziş imzalayıb
ABŞ Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı ilə yeni saziş imzalayıb
Sputnik Azərbaycan
Saziş üzrə birgə fəaliyyətlər, o cümlədən analitik kriminalistikanın innovativ metodları, biotoksinlərin təhlili və müfəttişlərin təlimi üzrə işlər... 03.07.2023, Sputnik Azərbaycan
2023-07-03T23:11+0400
2023-07-03T23:11+0400
2023-07-03T23:11+0400
abş
dünya xəbərləri
saziş
imzalama
rusiya federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0b/441839098_0:381:2963:2048_1920x0_80_0_0_4c99710c11cdb02476e21ab8772942cc.jpg
BAKI, 3 iyul — Sputnik. Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) və ABŞ Müdafiə Təhdidlərinin Azaldılması Agentliyi arasında Kimyəvi Silahlar Konvensiyası (CWC) çərçivəsində yeni əməkdaşlıq sazişi imzalayıb. Bu Kimyəvi Silahlar Konvensiyasının həyata keçirilməsi ilə bağlı geniş spektrli fəaliyyətlər üzərində birgə işləmək üçün yeni əməkdaşlıq sazişidir. Bildirilir ki, saziş üzrə birgə fəaliyyətlər, o cümlədən analitik kriminalistikanın innovativ metodları, biotoksinlərin təhlili və müfəttişlərin təlimi üzrə işlər gücləndiriləcək. Bu fəaliyyətlərin əksəriyyəti Niderlandda bu yaxınlarda açılmış Kimya və Texnologiyalar üzrə OPCW Mərkəzində baş tutacaq. Birləşmiş Ştatlar hələ də təsirli kimyəvi döyüş arsenalına malik olan yeganə ölkədir. Rusiya Federasiyası 27 sentyabr 2017-ci ildə kimyəvi arsenalını tamamilə məhv edib. İyunun sonunda OPCW bildirmişdi ki, ABŞ beynəlxalq konvensiyaya əsasən, öz ərazisindəki sonuncu kimyəvi silah anbarını məhv etməli idi, bu, yaxın həftələrdə baş verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0b/441839098_232:0:2963:2048_1920x0_80_0_0_1fe2dc3564a17b3644aa0c91585e456c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, saziş, imzalama, rusiya federasiyası
abş, saziş, imzalama, rusiya federasiyası
ABŞ Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı ilə yeni saziş imzalayıb
Saziş üzrə birgə fəaliyyətlər, o cümlədən analitik kriminalistikanın innovativ metodları, biotoksinlərin təhlili və müfəttişlərin təlimi üzrə işlər gücləndiriləcək.
BAKI, 3 iyul — Sputnik. Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) və ABŞ Müdafiə Təhdidlərinin Azaldılması Agentliyi arasında Kimyəvi Silahlar Konvensiyası (CWC) çərçivəsində yeni əməkdaşlıq sazişi imzalayıb.
Bu Kimyəvi Silahlar Konvensiyasının həyata keçirilməsi ilə bağlı geniş spektrli fəaliyyətlər üzərində birgə işləmək üçün yeni əməkdaşlıq sazişidir.
Bildirilir ki, saziş üzrə birgə fəaliyyətlər, o cümlədən analitik kriminalistikanın innovativ metodları, biotoksinlərin təhlili və müfəttişlərin təlimi üzrə işlər gücləndiriləcək. Bu fəaliyyətlərin əksəriyyəti Niderlandda bu yaxınlarda açılmış Kimya və Texnologiyalar üzrə OPCW Mərkəzində baş tutacaq.
Birləşmiş Ştatlar hələ də təsirli kimyəvi döyüş arsenalına malik olan yeganə ölkədir.
Rusiya Federasiyası 27 sentyabr 2017-ci ildə kimyəvi arsenalını tamamilə məhv edib.
İyunun sonunda OPCW bildirmişdi ki, ABŞ beynəlxalq konvensiyaya əsasən, öz ərazisindəki sonuncu kimyəvi silah anbarını məhv etməli idi, bu, yaxın həftələrdə baş verməlidir.