https://sputnik.az/20230702/nazir-son-20-ilde-24-mine-yaxin-cinayetkar-qrup-ve-deste-zerersizlesdirilib-456427772.html
Nazir: Son 20 ildə 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib
Nazir: Son 20 ildə 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib
Sputnik Azərbaycan
Nazir bildirib ki, 22 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. 02.07.2023, Sputnik Azərbaycan
2023-07-02T11:55+0400
2023-07-02T11:55+0400
2023-07-02T11:56+0400
cəmiyyət
vilayət eyvazov
polis
silah
narkotik
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437278397_0:85:1080:693_1920x0_80_0_0_fb04c100063d2c6bd6ca783f548c8df0.jpg
BAKI, 2 iyul - Sputnik. Son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Azərtac xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Polis Gününə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə deyib.Onun sözlərinə görə, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.Nazir qeyd edib ki, cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb.Eləcə də cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini vurğulayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0f/437278397_22:0:1059:778_1920x0_80_0_0_01c4cb144f31555d74a6445df00b02db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
vilayət eyvazov, polis, silah, narkotik
vilayət eyvazov, polis, silah, narkotik
Nazir: Son 20 ildə 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib
11:55 02.07.2023 (Yenilənib: 11:56 02.07.2023) Nazir bildirib ki, 22 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.
BAKI, 2 iyul - Sputnik. Son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Azərtac xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Polis Gününə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə deyib.
Onun sözlərinə görə, əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.
Nazir qeyd edib ki, cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 20 tona yaxın narkotik vasitə çıxarılıb.
Eləcə də cinayətkarlıqla mübarizədə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınmasında vətəndaşların iştirakını, onların məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatların keçirildiyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.