DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransadakı kütləvi iğtişaşlar İsveçrəyə də keçib

© AP Photo / Yudha Prabowoİğtişaşlar, arxiv
İğtişaşlar, arxiv - Sputnik Azərbaycan, 1920, 02.07.2023
Abunə olmaq
Yerli qəzetlər yazır ki, iğtişaşçılar qonşu Fransadakı vəziyyətdən ruhlanıblar. Bununla bağlı sosial şəbəkələrdə küçələrə çıxmaq çağırışları yayılıb.
BAKI, 2 iyul - Sputnik. İsveçrənin Lozanna şəhərində gecə iğtişaşlar zamanı yeddi nəfər saxlanılıb, onlardan altısı azyaşlı olub. RİA Novosti xəbər verir ki, söhbət portuqal, bosniya və somali əsilli üç qızdan, eləcə də gürcü və serb əsilli oğlanlardan, həmçinin isveçrəlilərdən gedir.
Onlar 15-17 yaşlı yeniyetmələrdir. Saxlanılan yeganə yetkin şəxs 24 yaşlı isveçrəlidir.
Yerli mətbuatın məlumatına görə, iğtişaşçılar qonşu Fransadakı vəziyyətdən ruhlanıblar. Sosial şəbəkələrdə küçələrə çıxmaq çağırışları yayılıb.
Etirazçılar mağazalara və hadisə yerinə gələn polislərə hücum ediblər. Şahidlərin sözlərinə görə, iğtişaşlarda 100-dən çox adam iştirak edib: onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və ən azı bir molotov kokteyli atıblar. Onların arasında yaşı 15-dən az olan uşaqlar da olub.
Polis əməkdaşlarından heç biri xəsarət almayıb.
Fransada bir neçə gündür ki, iğtişaşlar davam edir. Onlar iyunun 27-də səhər saatlarında Parisin ətrafı Nanterredə yolda yoxlama apararkən polisin 17 yaşlı yeniyetməni güllələyib öldürməsindən sonra başlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, gənc onların tələblərini yerinə yetirməkdən imtina edib. Etirazlar bütün ölkəni bürüyüb.
Gənclər avtomobilləri, polis və yerli hakimiyyət orqanlarının binalarını yandırıb, mağaza və bankları qarət ediblər. Bəzi ərazilərdə xüsusi təyinatlılar yerləşdirilməli, zirehli texnika və helikopterlərdən istifadə edilib.
İki min yarıma yaxın adam saxlanılıb, onların üçdə biri yetkinlik yaşına çatmayanlardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0