https://sputnik.az/20230702/fransada-oldurulen-yeniyetmenin-nenesi-igtisaslara-son-qoymaga-cagirib-456437520.html
Fransada öldürülən yeniyetmənin nənəsi iğtişaşlara son qoymağa çağırıb
Fransada öldürülən yeniyetmənin nənəsi iğtişaşlara son qoymağa çağırıb
Sputnik Azərbaycan
Ölkədə baş verən iğtişaşlarla bağlı dünən gecə 700-dən çox adam polis tərəfindən saxlanılıb. 02.07.2023, Sputnik Azərbaycan
2023-07-02T19:36+0400
2023-07-02T19:36+0400
2023-07-06T13:09+0400
dünya xəbərləri
fransa
nənə
sındırmaq
iğtişaş
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1e/456388221_0:160:3072:1888_1920x0_80_0_0_eaf124a1adcd2a0d0de4b0772fa68185.jpg
BAKI, 2 iyul - Sputnik. Çərşənbə axşamı Nanterredə polis tərəfindən öldürülən 17 yaşlı yeniyrtmənin nənəsi Nadia iğtişaşçıları dayandırmağa çağırır və hər şeyi məhv etmək üçün onun ölümünü bəhanə kimi istifadə etməyi pisləyir. Bu barədə yeniyrtmənin nənəsi BFMTV-yə müsahibəsində bildirib.“Mən yalnız nəvəmi öldürən polisi günahlandırıram. Nə yaxşı ki, polislər burdadır. Hər şeyi pozan insanlara deyirəm ki, dayandırın. Onlar Naeli (qətlə yetirilən yeniyetmənin adı - red.) bəhanə edir. Dayanmalıdırlar ki, pəncərələr sınmasın, məktəbləri dağıtmasınlar, analarla dolu olan avtobusları sındırmasınlar. Avtobuslar olmasa, maşınımız yoxdur, heç nəyimiz yoxdur. Durun, bu avtobusa minən analardır, küçədə gəzən analardır, hər şeyi sakitləşdirmək lazımdır. Biz onların qırılmasını istəmirik. Qoy bu gənclər sakit otursunlar”, - deyə nənə bildirib.Yeniyetmənin nənəsi əlavə edib ki, o, Fransa ədalətinə inanır və iğtişaşçılar da öz əməllərinə görə cavab verəcəklər.Xatırladaq ki, çərşənbə axşamı, iyunun 27-də səhər polis məmurları Nanterredə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyib. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, mərhum onların tələblərini yerinə yetirməkdən imtina edib.Bundan sonra Fransanın bir sıra şəhərlərində bir neçə gündür davam edən iğtişaşlar başlayıb.Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə gənclər 3,3 minə yaxın avtomobili, həmçinin polis və hökumət binalarını yandırıblar.İqtisadiyyat Nazirliyinin məlumatına görə, 250-yə yaxın bank filialı, 200 ərzaq mağazası və ona yaxın ticarət mərkəzi talan edilib.Bir sıra şəhərlərdə polis xüsusi təyinatlıları yerləşdirilib, zirehli texnika və helikopterlər cəlb olunub.Ümumilikdə 2,4 minə yaxın insan saxlanılıb, onların üçdə biri yetkinlik yaşına çatmayanlardır.Dünən bir gecədə baş verən iğtişaşlar zamanı 700-dən çox adam saxlanılıb. Ölkənin Daxili İşlər Nazirliyinə istinadən yaydığı xəbərə görə, gecə saatlarında 486 nəfərin həbs edildiyi bildirilirir.Departamentin Twitter səhifəsində dərc olunan məlumatlarına görə, söhbət 719 həbsdən gedir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1e/456388221_171:0:2902:2048_1920x0_80_0_0_6405719da7b406eca85124cfe95493ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fransa, nənə, sındırmaq, iğtişaş
fransa, nənə, sındırmaq, iğtişaş
Fransada öldürülən yeniyetmənin nənəsi iğtişaşlara son qoymağa çağırıb
19:36 02.07.2023 (Yenilənib: 13:09 06.07.2023) Ölkədə baş verən iğtişaşlarla bağlı dünən gecə 700-dən çox adam polis tərəfindən saxlanılıb.
BAKI, 2 iyul - Sputnik. Çərşənbə axşamı Nanterredə polis tərəfindən öldürülən 17 yaşlı yeniyrtmənin nənəsi Nadia iğtişaşçıları dayandırmağa çağırır və hər şeyi məhv etmək üçün onun ölümünü bəhanə kimi istifadə etməyi pisləyir. Bu barədə yeniyrtmənin nənəsi BFMTV-yə müsahibəsində bildirib.
“Mən yalnız nəvəmi öldürən polisi günahlandırıram. Nə yaxşı ki, polislər burdadır. Hər şeyi pozan insanlara deyirəm ki, dayandırın. Onlar Naeli (qətlə yetirilən yeniyetmənin adı - red.) bəhanə edir. Dayanmalıdırlar ki, pəncərələr sınmasın, məktəbləri dağıtmasınlar, analarla dolu olan avtobusları sındırmasınlar. Avtobuslar olmasa, maşınımız yoxdur, heç nəyimiz yoxdur. Durun, bu avtobusa minən analardır, küçədə gəzən analardır, hər şeyi sakitləşdirmək lazımdır. Biz onların qırılmasını istəmirik. Qoy bu gənclər sakit otursunlar”, - deyə nənə bildirib.
Yeniyetmənin nənəsi əlavə edib ki, o, Fransa ədalətinə inanır və iğtişaşçılar da öz əməllərinə görə cavab verəcəklər.
Xatırladaq ki, çərşənbə axşamı, iyunun 27-də səhər polis məmurları Nanterredə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyib. Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, mərhum onların tələblərini yerinə yetirməkdən imtina edib.
Bundan sonra Fransanın bir sıra şəhərlərində bir neçə gündür davam edən iğtişaşlar başlayıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə gənclər 3,3 minə yaxın avtomobili, həmçinin polis və hökumət binalarını yandırıblar.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, 250-yə yaxın bank filialı, 200 ərzaq mağazası və ona yaxın ticarət mərkəzi talan edilib.
Bir sıra şəhərlərdə polis xüsusi təyinatlıları yerləşdirilib, zirehli texnika və helikopterlər cəlb olunub.
Ümumilikdə 2,4 minə yaxın insan saxlanılıb, onların üçdə biri yetkinlik yaşına çatmayanlardır.
Dünən bir gecədə baş verən iğtişaşlar zamanı 700-dən çox adam saxlanılıb. Ölkənin Daxili İşlər Nazirliyinə istinadən yaydığı xəbərə görə, gecə saatlarında 486 nəfərin həbs edildiyi bildirilirir.
Departamentin Twitter səhifəsində dərc olunan məlumatlarına görə, söhbət 719 həbsdən gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.