https://sputnik.az/20230702/avstraliya-depressiyanin-mualicesi-ucun-ekstazini-qanunilesdirir-456433466.html
Avstraliya depressiyanın müalicəsi üçün ekstazini qanuniləşdirir
Avstraliya depressiyanın müalicəsi üçün ekstazini qanuniləşdirir
Sputnik Azərbaycan
Qeyd olunan maddələr “ciddi nəzarət altında və yalnız tibbi məqsədlər üçün istifadə olunan dərmanlar” kateqoriyasına aid ediləcək. 02.07.2023, Sputnik Azərbaycan
2023-07-02T23:19+0400
2023-07-02T23:19+0400
2023-07-02T23:19+0400
dünya xəbərləri
avstraliya
dərman
depressiya
https://cdnn1.img.sputnik.az/img/07e5/03/16/426526489_0:163:3069:1889_1920x0_80_0_0_5f06ddb025d93101f348519c43e882ab.jpg
BAKI, 2 iyul - Sputnik. Avstraliya dünyada travma sonrası stress pozğunluğu və depressiyanın müalicəsində psixoaktiv maddələrin istifadəsini qanuniləşdirən ilk ölkə oldu. Bu barədə bazar günü Avstraliyanın Terapevtik Mallar İdarəsinə (TGA) istinadən Sky News Australia telekanalı məlumat verib.Qurumun bəyanatında qeyd edilir ki, "lisenziyalı psixiatrlar 1 iyul 2023-cü il tarixindən etibarən müəyyən psixi sağlamlıq vəziyyətləri üçün tərkibində metilendioksi-metamfetamin (MDMA) və ya psilosibin olan dərmanlar təyin edə bilərlər."Qurum bundan əvvəl izahat verib ki, bu qərar bu pozğunluqlar üçün kifayət qədər effektiv müalicə vasitələrinin olmaması ilə əlaqədar verilib.Eyni zamanda qeyd edilir ki, xəstələr psixoaktiv maddələr əsasında hazırlanmış dərmanlardan yalnız həkim nəzarəti altında istifadə edə bilərlər və dərman vasitələrinin özləri də “ciddi nəzarət altında və yalnız tibbi məqsədlər üçün istifadə olunan dərmanlar” kateqoriyasına aid ediləcək.Əgər onlar qeyri-qanuni paylansa, “qanunsuz narkotik” hesab olunacaqlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/16/426526489_215:0:2946:2048_1920x0_80_0_0_c91c28083f0abf5794a9fbbfee73fed3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
avstraliya, dərman, depressiya
avstraliya, dərman, depressiya
Avstraliya depressiyanın müalicəsi üçün ekstazini qanuniləşdirir
Qeyd olunan maddələr “ciddi nəzarət altında və yalnız tibbi məqsədlər üçün istifadə olunan dərmanlar” kateqoriyasına aid ediləcək.
BAKI, 2 iyul - Sputnik. Avstraliya dünyada travma sonrası stress pozğunluğu və depressiyanın müalicəsində psixoaktiv maddələrin istifadəsini qanuniləşdirən ilk ölkə oldu. Bu barədə bazar günü Avstraliyanın Terapevtik Mallar İdarəsinə (TGA) istinadən Sky News Australia telekanalı məlumat verib.
Qurumun bəyanatında qeyd edilir ki, "lisenziyalı psixiatrlar 1 iyul 2023-cü il tarixindən etibarən müəyyən psixi sağlamlıq vəziyyətləri üçün tərkibində metilendioksi-metamfetamin (MDMA) və ya psilosibin olan dərmanlar təyin edə bilərlər."
"MDMA travma sonrası stress pozğunluğunun müalicəsində, psilosibin isə müalicəyə davamlı depressiya üçün istifadə edilə bilər", - deyə idarədən bildirilib.
Qurum bundan əvvəl izahat verib ki, bu qərar bu pozğunluqlar üçün kifayət qədər effektiv müalicə vasitələrinin olmaması ilə əlaqədar verilib.
Eyni zamanda qeyd edilir ki, xəstələr psixoaktiv maddələr əsasında hazırlanmış dərmanlardan yalnız həkim nəzarəti altında istifadə edə bilərlər və dərman vasitələrinin özləri də “ciddi nəzarət altında və yalnız tibbi məqsədlər üçün istifadə olunan dərmanlar” kateqoriyasına aid ediləcək.
Əgər onlar qeyri-qanuni paylansa, “qanunsuz narkotik” hesab olunacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.