Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaxda "KamAZ" aşıb, sürücü xəsarət alıb

© Photo : APAQəzanın baş verdiyi ərazi
Qəzanın baş verdiyi ərazi - Sputnik Azərbaycan, 1920, 01.07.2023
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır.
BAKI, 1 iyul - Sputnik. Qaxda "KamAZ" markalı yük maşını aşıb.
APA-nın məlumatına görə, hadisə günorta saatlarında Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən 27-ci kilometrliyində baş verib.
Balakən rayon Mahmalar kənd sakini 70 yaşlı Canov Məhəmməd oğlu Canıyev idarə etdiyi “KamAZ” markalı, 08-BC-536 dövlət nömrə nişanlı yük maşını ilə Şəki rayonundan Qax rayonu istiqəmətində hərəkətdə olarkən iadrəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı çökəkliyə aşırıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan C. Canıyev Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib. C. Caniyevin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər lenti
0