https://sputnik.az/20230701/qara-deniz-qtisadi-emekdasliq-teskilatina-sedrlik-turkiyeye-kecib-456421663.html
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
Sputnik Azərbaycan
Türkiyə XİN bildirib ki, ölkə Qara dəniz regionunda daha böyük əhəmiyyət kəsb edən sülh, sabitlik və firavanlığa töhfə verəcək fəal sədrliyə hazırdır. 01.07.2023, Sputnik Azərbaycan
2023-07-01T20:18+0400
2023-07-01T20:18+0400
2023-07-01T20:18+0400
dünya xəbərləri
türkiyə
türkiyə xin
qara dəniz
qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e4/07/12/424466673_0:0:3158:1776_1920x0_80_0_0_37a4d4a0f2ee601b4365a1ab8316fd52.jpg
BAKI, 1 iyul - Sputnik. Türkiyə iyulun 1-dən 6 ay müddətinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi qəbul edib.Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.“Respublikamızın 100 illiyində biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi qəbul edirik. Biz bu gün Qara dəniz regionunda daha böyük əhəmiyyət kəsb edən sülh, sabitlik və firavanlığa töhfə verəcək fəal sədrliyə hazırıq”, - Türkiyə XİN-nin tviterdəki rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir.Qeyd edək ki, QDİƏT 1992–ci ildə Türkiyənin fəal dəstəyi ilə yaradılıb və təşkilata üzv olan 13 ölkə üçün ən əhatəli regional əməkdaşlıq platformasıdır. QDİƏT-in Daimi Beynəlxalq Katibliyi İstanbul şəhərində yerləşir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/12/424466673_429:0:3158:2047_1920x0_80_0_0_07177e04e4b18d99e69d80ce49ff5699.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, türkiyə xin, qara dəniz, qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı
türkiyə, türkiyə xin, qara dəniz, qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
Türkiyə XİN bildirib ki, ölkə Qara dəniz regionunda daha böyük əhəmiyyət kəsb edən sülh, sabitlik və firavanlığa töhfə verəcək fəal sədrliyə hazırdır.
BAKI, 1 iyul - Sputnik. Türkiyə iyulun 1-dən 6 ay müddətinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi qəbul edib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Respublikamızın 100 illiyində biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi qəbul edirik. Biz bu gün Qara dəniz regionunda daha böyük əhəmiyyət kəsb edən sülh, sabitlik və firavanlığa töhfə verəcək fəal sədrliyə hazırıq”, - Türkiyə XİN-nin tviterdəki rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir.
Qeyd edək ki, QDİƏT 1992–ci ildə Türkiyənin fəal dəstəyi ilə yaradılıb və təşkilata üzv olan 13 ölkə üçün ən əhatəli regional əməkdaşlıq platformasıdır. QDİƏT-in Daimi Beynəlxalq Katibliyi İstanbul şəhərində yerləşir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.