https://sputnik.az/20230701/nternetin-suretinin-asagi-olmasina-sebeb-amilllerden-biri-de-modemlerdir-456395229.html
İnternetin sürətinin aşağı olmasına səbəb amilllərdən biri də modemlərdir
İnternetin sürətinin aşağı olmasına səbəb amilllərdən biri də modemlərdir
Sputnik Azərbaycan
İstifadəçi sayının çox olması, modemin ucuz və keyfiyətsiz olması amili də internetin sürətinin aşağı olmasına təsir edir 01.07.2023, Sputnik Azərbaycan
2023-07-01T13:25+0400
2023-07-01T13:25+0400
2023-07-01T13:25+0400
türkiyə
elm
ofis
internet
çin
abş
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424604254_0:0:1772:997_1920x0_80_0_0_57d5ee7a5dd74ef3e0a6b2ea7733c6a5.jpg
BAKI, 1 iyul — Sputnik. Azərbaycanda internetin sürətinin aşağı olmasının səbəbləri yalnız bir amilə bağlı deyil. Bu səbəblər sırasında həm də modemlərin köhnə olması və müasir standartlara cavab verməməsidir. Ucuz satılan bu modemlər bizə nə dərəcədə keyfiyyətli, əlçatan internet verə bilər? Aztelekom.net İnternet Xidmət Provayderinin rəhbəri Şahin İsgəndərzadə bildirib ki, internetin sürətinin aşağı olmasının səbəblərindən biri də avadanlıqlar - modemlərin köhnə olmasıdır. Anten sayı daha çox olan avadanlıqlarla biz sürətli internetə çıxış əldə edə bilərik. Wi-Fi-4 600 mb, Wi-Fi-5 6.8 gb, Wi-Fi-6 və onun yeni standartı olan Wi-Fi-6E tezliyi əvvəlki standartlardan daha yüksək göstəricilərə malikdir. Lakin Azərbaycanda siz bu standartlarla internetə qoşulduqda həmin sürəti əldə etməyəcəksiz. Çünki cihazlarınız 1, yaxud da 2 antenlə təchiz olunub. Yəni bu həm də o deməkdir ki, satışda olan cihazlar bir yaxud da iki antenlə təchiz olunub. Ola bilər ki qarşıdan gələn illərdə daha təkmilləşmiş cihazlar satışda olacaq ki, siz də istifadəçi olaraq daha yüksək sürətlə internetə qoşula biləcəksiniz. Hazırda bazarda satışda olan cihazların üzərində testlər aparırıq. Biz yeni texnologiyaların tətbiqinə görə telefonu tez-tez dəyişirik. Yeni telefon aldıqda onun şəkli daha yüksək keyfiyyətdə çəkməsinə xüsusi diqqət yetiririk. Lakin təəssüflər olsun ki, texnoloji detallara diqqət yetirənlər azdır. Təəssüflər olsun ki cəmiyyətdə texnoloji avadanlıqlar haqda bir məlumatsızlıq var. 18-24 manatlıq modemləri heç 6 ay istifadə etmək mümkün deyil. Lakin keyfiyyətli modem aldıqda onu illərlə istifadə etmək mümkündür. Başqa hansı detallara nəzər yetirməliyik? Ş.İsgəndərzadə deyir ki, hər hansı internet paketini seçəndə evdə adam sayının nə qədər olmasına belə baxmırıq. Buamillə yanaşı radius amili də çox əhəmiyyətlidir: "Radius məsələsi də çox önəmlidir. Modemi evin bir tərəfinə qoyub bağın o biri tərəfindən internetə qoşulma zamanı problem yaranır. Təəssüflər olsun ki, vətəndaşlar bunlara diqqət etmir, "mən ödəniş etmişəm, siz mənə lazım olan keyfiyyətdə internet vermirsiz" deyərək etiraz edirlər". "Bundan başqa, çoxları deyir ki, Wi-Fi-ın siqnalı zəifləyir. Wi-Fi siqnalının zəif olması da xidmətə təsir edir. Daha aşağı səviyyəli Wi-Fi siqnalı ilə elektron poçt və sosial şəbəkələrə giriş əldə edə bilərsiniz. Fiziki sürət aşağı olduqda internetin sürəti də aşağı olur. Məlumatlılıq üçün hər kəs bilməlidir ki, 2 və 4 tezliyi ilə işləyən modemlər daha uzaq məsafəyə interneti ötürə bilsə də, sürət aşağı olur. 5 tezliyi ilə işləyən modemlər isə qısa məsafədə daha yüksək sürət verir". İKT üzrə ekspert Elvin Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, internet paketi seçərkən də müəyyən nüanslara diqqət etməliyik: "Yəni evdə internet istifadəçilərinin sayının neçə olduğunu nəzərə almalıyıq. Bilməliyik ki, neçə avadanlıqdan internetə giriş olacaq. Bundan başqa, modem alarkən də diqqətli olmalıyıq. Bazarda bizə ucuz satılan modemlər - 18-24 manata olan cihazlar heç cür keyfiyyətli ola bilməz". "Adətən provayderlər də pulsuz modem adı ilə bizə ən keyfiyyətsizini verirlər. Bu amil də normal, keyfiyyətli internet xidməti əldə etməyimizə mane olur. Son nəticə olaraq biz sürətli internet əldə edə bilmirik. Yeni nəsil modemlərə üstünlük verməliyik", - deyə ekspert əlavə edib. E.Abbasov bildirir ki, modem aldıqdan sonra onun içində bəzi tənzimləyici addımların atılmasına ehtiyac ola bilər: "Burada kanalın genişliyi, şəbəkənin neçə nəfərə paylanılması ilə bağlı məhdudiyyət və s. detallar yer alır. Bu seçimlərə görə daha yaxşı, sürətli internet əldə edə bilərik. Lakin təəssüflər olsun ki, bəzən modem evə gətirildikdə heç bir tənzimləmə aparılmır". Ekspert qeyd edir ki, xüsusən də böyük ev, ofislərdə daha keyfiyyətli internet əldə etmək üçün əlavə ötürücülərdən (access point) də istifadə etmək tövsiyə olunur. Qeyd edək ki, Azərbaycana daha çox Çin, Türkiyə və ABŞ-dan modemlər idxal edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424604254_167:0:1742:1181_1920x0_80_0_0_b547a9bc98ca357388d72a05fcddacb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, ofis, internet, çin, abş
türkiyə, ofis, internet, çin, abş
İnternetin sürətinin aşağı olmasına səbəb amilllərdən biri də modemlərdir
İstifadəçi sayının çox olması, modemin ucuz və keyfiyətsiz olması amili də internetin sürətinin aşağı olmasına təsir edir
BAKI, 1 iyul — Sputnik. Azərbaycanda internetin sürətinin aşağı olmasının səbəbləri yalnız bir amilə bağlı deyil. Bu səbəblər sırasında həm də modemlərin köhnə olması və müasir standartlara cavab verməməsidir. Ucuz satılan bu modemlər bizə nə dərəcədə keyfiyyətli, əlçatan internet verə bilər?
Aztelekom.net İnternet Xidmət Provayderinin rəhbəri Şahin İsgəndərzadə bildirib ki, internetin sürətinin aşağı olmasının səbəblərindən biri də avadanlıqlar - modemlərin köhnə olmasıdır. Anten sayı daha çox olan avadanlıqlarla biz sürətli internetə çıxış əldə edə bilərik. Wi-Fi-4 600 mb, Wi-Fi-5 6.8 gb, Wi-Fi-6 və onun yeni standartı olan Wi-Fi-6E tezliyi əvvəlki standartlardan daha yüksək göstəricilərə malikdir. Lakin Azərbaycanda siz bu standartlarla internetə qoşulduqda həmin sürəti əldə etməyəcəksiz. Çünki cihazlarınız 1, yaxud da 2 antenlə təchiz olunub. Yəni bu həm də o deməkdir ki, satışda olan cihazlar bir yaxud da iki antenlə təchiz olunub. Ola bilər ki qarşıdan gələn illərdə daha təkmilləşmiş cihazlar satışda olacaq ki, siz də istifadəçi olaraq daha yüksək sürətlə internetə qoşula biləcəksiniz. Hazırda bazarda satışda olan cihazların üzərində testlər aparırıq.
Biz yeni texnologiyaların tətbiqinə görə telefonu tez-tez dəyişirik. Yeni telefon aldıqda onun şəkli daha yüksək keyfiyyətdə çəkməsinə xüsusi diqqət yetiririk. Lakin təəssüflər olsun ki, texnoloji detallara diqqət yetirənlər azdır. Təəssüflər olsun ki cəmiyyətdə texnoloji avadanlıqlar haqda bir məlumatsızlıq var. 18-24 manatlıq modemləri heç 6 ay istifadə etmək mümkün deyil. Lakin keyfiyyətli modem aldıqda onu illərlə istifadə etmək mümkündür.
Başqa hansı detallara nəzər yetirməliyik?
Ş.İsgəndərzadə deyir ki, hər hansı internet paketini seçəndə evdə adam sayının nə qədər olmasına belə baxmırıq. Buamillə yanaşı radius amili də çox əhəmiyyətlidir: "Radius məsələsi də çox önəmlidir. Modemi evin bir tərəfinə qoyub bağın o biri tərəfindən internetə qoşulma zamanı problem yaranır. Təəssüflər olsun ki, vətəndaşlar bunlara diqqət etmir, "mən ödəniş etmişəm, siz mənə lazım olan keyfiyyətdə internet vermirsiz" deyərək etiraz edirlər".
"Bundan başqa, çoxları deyir ki, Wi-Fi-ın siqnalı zəifləyir. Wi-Fi siqnalının zəif olması da xidmətə təsir edir. Daha aşağı səviyyəli Wi-Fi siqnalı ilə elektron poçt və sosial şəbəkələrə giriş əldə edə bilərsiniz. Fiziki sürət aşağı olduqda internetin sürəti də aşağı olur. Məlumatlılıq üçün hər kəs bilməlidir ki, 2 və 4 tezliyi ilə işləyən modemlər daha uzaq məsafəyə interneti ötürə bilsə də, sürət aşağı olur. 5 tezliyi ilə işləyən modemlər isə qısa məsafədə daha yüksək sürət verir".
İKT üzrə ekspert Elvin Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, internet paketi seçərkən də müəyyən nüanslara diqqət etməliyik: "Yəni evdə internet istifadəçilərinin sayının neçə olduğunu nəzərə almalıyıq. Bilməliyik ki, neçə avadanlıqdan internetə giriş olacaq. Bundan başqa, modem alarkən də diqqətli olmalıyıq. Bazarda bizə ucuz satılan modemlər - 18-24 manata olan cihazlar heç cür keyfiyyətli ola bilməz".
"Adətən provayderlər də pulsuz modem adı ilə bizə ən keyfiyyətsizini verirlər. Bu amil də normal, keyfiyyətli internet xidməti əldə etməyimizə mane olur. Son nəticə olaraq biz sürətli internet əldə edə bilmirik. Yeni nəsil modemlərə üstünlük verməliyik", - deyə ekspert əlavə edib.
E.Abbasov bildirir ki, modem aldıqdan sonra onun içində bəzi tənzimləyici addımların atılmasına ehtiyac ola bilər: "Burada kanalın genişliyi, şəbəkənin neçə nəfərə paylanılması ilə bağlı məhdudiyyət və s. detallar yer alır. Bu seçimlərə görə daha yaxşı, sürətli internet əldə edə bilərik. Lakin təəssüflər olsun ki, bəzən modem evə gətirildikdə heç bir tənzimləmə aparılmır".
Ekspert qeyd edir ki, xüsusən də böyük ev, ofislərdə daha keyfiyyətli internet əldə etmək üçün əlavə ötürücülərdən (access point) də istifadə etmək tövsiyə olunur.
Qeyd edək ki, Azərbaycana daha çox Çin, Türkiyə və ABŞ-dan modemlər idxal edilir.