https://sputnik.az/20230701/nazir-bilikli-cemiyyet-kimi-formalasmaq-ucun-lazimi-resurslardan-istifade-onemlidir-456410040.html
Nazir: "Bilikli cəmiyyət kimi formalaşmaq üçün lazımi resurslardan istifadə önəmlidir"
Nazir: "Bilikli cəmiyyət kimi formalaşmaq üçün lazımi resurslardan istifadə önəmlidir"
Sputnik Azərbaycan
Əmrullayev bildirib ki, son 30 ildə Azərbaycanda bütün sahələrdə köklü şəkildə dəyişikliklər baş verib 01.07.2023, Sputnik Azərbaycan
2023-07-01T13:54+0400
2023-07-01T13:54+0400
2023-07-01T13:54+0400
təhsil
emin əmrullayev
elm və təhsil nazirliyi
bilik
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433800_0:28:2000:1153_1920x0_80_0_0_a20e2a8c4837546eecdf4354dc125c03.jpg
BAKI, 1 iyul - Sputnik. "Müsabiqə mədəniyyətinin və ən bacarıqlı şəxslərin qalib gəlməsini təmin etmək çox çətin məsələdir. Bu işi bacaran təşkilatlara böyük təşəkkür düşür"."Report"un xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.O bildirib ki, son 30 ildə Azərbaycanda bütün sahələrdə köklü şəkildə dəyişikliklər baş verib: "Əhalimizin çox hissəsi müstəqillikdən əvvəl doğulub. Keçdiyimiz yola baxanda hər 10 illik fərqli olub. Hesab edirəm ki, müstəqillik müsabiqə qalibləri üçün ən mühüm dəyərdir. Müstəqilliyin davamlı olması üçün də savadlı, bacarıqlı, ən əsası da hazırlıqlı kadrlar olmalıdır və onlar vaxtında cəmiyyətdə tanınmalıdır"."Bizi düşündürən suallar növbəti 10 illikləri əhatə edəcək. Xüsusilə risklər haqqında düşünmək lazımdır. Bilikli cəmiyyət kimi formalaşmaq üçün lazımi resurslardan istifadə önəmlidir. Bu cür müsabiqələrdə qalib və ya məğlub olmur. Önəmli olan odur ki, hər bir fərd müsbət mənada nəsə öyrənmiş olsun. Özüm də bəzi müsabiqələrdə qalib olmuşam və ya qalib olmamışam. Amma hər birindən nəsə öyrənmişəm", - nazir əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433800_227:0:2000:1330_1920x0_80_0_0_4e0121bdd124b6867b778ec09c38067d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
emin əmrullayev, elm və təhsil nazirliyi, bilik
emin əmrullayev, elm və təhsil nazirliyi, bilik
Nazir: "Bilikli cəmiyyət kimi formalaşmaq üçün lazımi resurslardan istifadə önəmlidir"
Əmrullayev bildirib ki, son 30 ildə Azərbaycanda bütün sahələrdə köklü şəkildə dəyişikliklər baş verib
BAKI, 1 iyul - Sputnik. "Müsabiqə mədəniyyətinin və ən bacarıqlı şəxslərin qalib gəlməsini təmin etmək çox çətin məsələdir. Bu işi bacaran təşkilatlara böyük təşəkkür düşür".
"Report"un xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsində çıxışı zamanı deyib.
O bildirib ki, son 30 ildə Azərbaycanda bütün sahələrdə köklü şəkildə dəyişikliklər baş verib: "Əhalimizin çox hissəsi müstəqillikdən əvvəl doğulub. Keçdiyimiz yola baxanda hər 10 illik fərqli olub. Hesab edirəm ki, müstəqillik müsabiqə qalibləri üçün ən mühüm dəyərdir. Müstəqilliyin davamlı olması üçün də savadlı, bacarıqlı, ən əsası da hazırlıqlı kadrlar olmalıdır və onlar vaxtında cəmiyyətdə tanınmalıdır".
"Bizi düşündürən suallar növbəti 10 illikləri əhatə edəcək. Xüsusilə risklər haqqında düşünmək lazımdır. Bilikli cəmiyyət kimi formalaşmaq üçün lazımi resurslardan istifadə önəmlidir. Bu cür müsabiqələrdə qalib və ya məğlub olmur. Önəmli olan odur ki, hər bir fərd müsbət mənada nəsə öyrənmiş olsun. Özüm də bəzi müsabiqələrdə qalib olmuşam və ya qalib olmamışam. Amma hər birindən nəsə öyrənmişəm", - nazir əlavə edib.