CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Britaniya səfiri İsmayıllıda tufana düşüb, sakinlər onu geyim və qida ilə təmin ediblər

© Photo : Twitter / FergusAuldFCDOİsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld
İsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld  - Sputnik Azərbaycan, 1920, 01.07.2023
Abunə olmaq
Səfir özünün Twitter hesabında İsmayıllıdakı qonaqpərvərliyə heyranlığını ifadə edib.
BAKI, 1 iyul - Sputnik. İsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld geyim və qida ilə təmin olunub.
Səfir bu barədə özünün Twitter hesabında yazıb. O, İsmayıllıdakı qonaqpərvərliyə heyranlığını ifadə edib.
© Photo : Twitter / FergusAuldFCDOİsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld
İsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld  - Sputnik Azərbaycan, 1920, 01.07.2023
İsmayıllıda tufana düşən Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld
"İsmayıllıya ilk gəlişimi xüsusi edən insanlar: - bələdçimiz Elvin, Lahıc orta məktəbinin direktoru Dadaş müəllim, Şamaxı Rəsədxanasını bizə göstərən astrofizik, Vafiq və onun tufandan sonra bizi qida və geyimlə təmin edən ailəsi. Qonaqpərvər azərbaycanlılar”, - səfir sosial şəbəkə hesabında qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0