https://sputnik.az/20230701/azerbaycanda-toksikomaniya-niye-artib-456002900.html
Azərbaycanda toksikomaniya niyə artıb?
Azərbaycanda toksikomaniya niyə artıb?
Sputnik Azərbaycan
Toksikomaniya məişətdə ələçatan kimyəvi maddələrdən asılılıqdır və narkomaniyanın bir qolu hesab edilə bilər. 01.07.2023, Sputnik Azərbaycan
2023-07-01T10:03+0400
2023-07-01T10:03+0400
2023-07-01T10:03+0400
azərbaycan
səhiyyə
narkomaniya
narkotik
toksikologiya
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426709768_0:0:3053:1717_1920x0_80_0_0_c374145a0aa39366ba14a5d3c6660cc8.jpg
BAKI, 01 iyul — Sputnik. 2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 590 nəfər toksikomaniya xəstəsi qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il tibb müəssisələrində qeydiyyatda olan toksikomaniya xəstələrinin sayı 1 156 nəfər olub. İlk dəfə qoyulmuş diaqnoza görə öncəki illərdə rəqəmlər daha az olub. Belə ki, 2010-cu ildə ilk dəfə qoyulmuş diaqnozla ümumiyyətlə qeydiyyat olmasa da, 2011-ci ildə bu rəqəm 8, 2014-cü ildə 22, 2017-ci ildə 30, 2019-cu ildə 43, 2020-ci ildə 22, 2021-ci ildə isə 361 olub. Göründüyü kimi daha öncəki illərlə müqayisədə rəqəmlərdə artım var. Toksikomaniya tam olaraq nədir?Toksikomaniya müəyyən kimyəvi maddələrdən asılılıqdır. Bura yapışqan, benzin, boya və s. aid edilə bilər. Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuçəri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, toksikomaniya narkomaniyanın bir qolu hesab edilə bilər:"Toksikomaniya məişətdə ələçatan kimyəvi maddələrdən asılılıqdır. Toksikomaniyanın növləri çoxdur. Yapışqan, benzin, lak qoxulamaq və bundan zövq almaq, asılı olmaq toksikomaniyadır. Boyaların təsirində qalan şəxslər də toksikoman ola bilərlər. Əsasən də uşaqlar, yeniyetmələrdə buna meyillilik var". Həkimin sözlərinə görə, toksikomaniyanın nəticəsində insanın şüuru pozulur, gözünə mövcud olmayan nələrsə görünür, qəribə səslər eşidir. Sanki insan reallıqdan uzaqlaşır. Toksikomaniya qısa müddətdə ağır psixi, əqli problemlərə səbəb ola bilir. Bu həm də epilepsiya xəstəliyinə təkan verə bilər. Son zamanlar "patı" (şüşə) adı ilə məşhur olan narkotik vasitə də toksikomaniyaya səbəb olur. Məişətdəki bəzi əlçatan kimyəvi maddələr də asılılıq yaradır: "Məsələn, "patı"nı, metamfetamini məişətdə istifadə etmirik, bu məişətdə əlçatan deyil. Lakin yapışqan, boya, lak əlçatandır. Yapışqanın tərkibindəki kimyəvi maddələr əhval qaldırımır, əksinə insanları daha da uyudur, söndürür, heç nəyə çevirir". Mütəxəssisin sözlərinə görə, bəzi dərmanlar var ki, onlar əvvəldən narkotik kimi isitifadə üçün istehsal olunmayıb. Bu dərmanlar başqa xəstəliklərdən müalicə üçün istehsal olunsa da, əlavə uyuşdurucu, əhval-ruhiyyə qaldırıcı, həzz verici təsirləri var. Bəzi şəxslər bu dərmanlardan sırf bu xüsusiyyətlərə görə - yəni müalicəvi deyil, uyuşdurucu təsirlərə görə istifadə edirlər. Həmsöhbətimiz bildirir ki, "tramadol" da belə dərmanlardan biridir: "Ağır xərçəng xəstələrinə, əməliyyatdan sonrakı dövr üçün xəstələrə bu dərman verilir. Ondan daha çox istifadə artıq narkotik təsir bağışlayır. "Korvalol" da belə dərmanlardan biridir. Bu dərmanı daha çox dozada qəbul etdikdə başqa təsir bağışlayır, uyuşdurur, kefi-əhvalı qaldırır. Bu da asılılıq yaradır. "Korvalol"dan nə qədər asılı olan insanlar var. Nə qədər insan gündə neçə dəfə "korvalol" qəbul edir. Bundan başqa, bəzi başağrı dərmanlarını, məsələn, tsitramonu da bura aid edə bilərik. Bu dərmanın istifadə dozası aşıldıqda təsiri dəyişir. Belə olan halda beyindən dopamin çıxır, həzz verir. Mütəxəssisin sözlərinə görə, toksikomaniyaya meyllənmənin əsas səbəbi odur ki, insanlar reallıqdan uzaqlaşır, qurduqları qeyri-real dünyada özlərini cəsarətli hiss etmək istəyirlər: "Şəxs düşünür ki qısa müddətdə istədiyinə nail ola bilər. Yəni insanlar reallıqlarından uzaqlaşmaq, özünün yaratdığı "reallıq"da qəhrəman olmaq üçün bu yola üz tuturlar. Toksikomaniya uzunmüddətli olmur, qısamüddətli olur. Bundan asılı olan şəxslər ya narkomaniyaya üz tutur, ya da ki, ağılları başlarına gəlir, psixoloq, psixatr müalicəsi alırlar". Mütəxəssis düşünür ki, son illərdə toksikomaniya ilə bağlı rəqəmlərdəki say artımı aşkarlanma hallarının artması ilə əlaqədardır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426709768_106:0:2837:2048_1920x0_80_0_0_53aa0102d3affc8524ce6e611ca97fc4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, narkomaniya, narkotik, toksikologiya
azərbaycan, narkomaniya, narkotik, toksikologiya
Azərbaycanda toksikomaniya niyə artıb?
Toksikomaniya məişətdə ələçatan kimyəvi maddələrdən asılılıqdır və narkomaniyanın bir qolu hesab edilə bilər.
BAKI, 01 iyul — Sputnik. 2022-ci ildə ilk dəfə qoyulmuş diaqnozla 590 nəfər toksikomaniya xəstəsi qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il tibb müəssisələrində qeydiyyatda olan toksikomaniya xəstələrinin sayı 1 156 nəfər olub.
İlk dəfə qoyulmuş diaqnoza görə öncəki illərdə rəqəmlər daha az olub. Belə ki, 2010-cu ildə ilk dəfə qoyulmuş diaqnozla ümumiyyətlə qeydiyyat olmasa da, 2011-ci ildə bu rəqəm 8, 2014-cü ildə 22, 2017-ci ildə 30, 2019-cu ildə 43, 2020-ci ildə 22, 2021-ci ildə isə 361 olub. Göründüyü kimi daha öncəki illərlə müqayisədə rəqəmlərdə artım var.
Toksikomaniya tam olaraq nədir?
Toksikomaniya müəyyən kimyəvi maddələrdən asılılıqdır. Bura yapışqan, benzin, boya və s. aid edilə bilər.
Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının dosenti Araz Manuçəri Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, toksikomaniya narkomaniyanın bir qolu hesab edilə bilər:
"Toksikomaniya məişətdə ələçatan kimyəvi maddələrdən asılılıqdır. Toksikomaniyanın növləri çoxdur. Yapışqan, benzin, lak qoxulamaq və bundan zövq almaq, asılı olmaq toksikomaniyadır. Boyaların təsirində qalan şəxslər də toksikoman ola bilərlər. Əsasən də uşaqlar, yeniyetmələrdə buna meyillilik var".
Həkimin sözlərinə görə, toksikomaniyanın nəticəsində insanın şüuru pozulur, gözünə mövcud olmayan nələrsə görünür, qəribə səslər eşidir. Sanki insan reallıqdan uzaqlaşır. Toksikomaniya qısa müddətdə ağır psixi, əqli problemlərə səbəb ola bilir. Bu həm də epilepsiya xəstəliyinə təkan verə bilər.
Son zamanlar "patı" (şüşə) adı ilə məşhur olan narkotik vasitə də toksikomaniyaya səbəb olur. Məişətdəki bəzi əlçatan kimyəvi maddələr də asılılıq yaradır:
"Məsələn, "patı"nı, metamfetamini məişətdə istifadə etmirik, bu məişətdə əlçatan deyil. Lakin yapışqan, boya, lak əlçatandır. Yapışqanın tərkibindəki kimyəvi maddələr əhval qaldırımır, əksinə insanları daha da uyudur, söndürür, heç nəyə çevirir".
Mütəxəssisin sözlərinə görə, bəzi dərmanlar var ki, onlar əvvəldən narkotik kimi isitifadə üçün istehsal olunmayıb. Bu dərmanlar başqa xəstəliklərdən müalicə üçün istehsal olunsa da, əlavə uyuşdurucu, əhval-ruhiyyə qaldırıcı, həzz verici təsirləri var. Bəzi şəxslər bu dərmanlardan sırf bu xüsusiyyətlərə görə - yəni müalicəvi deyil, uyuşdurucu təsirlərə görə istifadə edirlər.
Həmsöhbətimiz bildirir ki, "tramadol" da belə dərmanlardan biridir:
"Ağır xərçəng xəstələrinə, əməliyyatdan sonrakı dövr üçün xəstələrə bu dərman verilir. Ondan daha çox istifadə artıq narkotik təsir bağışlayır. "Korvalol" da belə dərmanlardan biridir. Bu dərmanı daha çox dozada qəbul etdikdə başqa təsir bağışlayır, uyuşdurur, kefi-əhvalı qaldırır. Bu da asılılıq yaradır. "Korvalol"dan nə qədər asılı olan insanlar var. Nə qədər insan gündə neçə dəfə "korvalol" qəbul edir. Bundan başqa, bəzi başağrı dərmanlarını, məsələn, tsitramonu da bura aid edə bilərik. Bu dərmanın istifadə dozası aşıldıqda təsiri dəyişir. Belə olan halda beyindən dopamin çıxır, həzz verir.
Mütəxəssisin sözlərinə görə, toksikomaniyaya meyllənmənin əsas səbəbi odur ki, insanlar reallıqdan uzaqlaşır, qurduqları qeyri-real dünyada özlərini cəsarətli hiss etmək istəyirlər:
"Şəxs düşünür ki qısa müddətdə istədiyinə nail ola bilər. Yəni insanlar reallıqlarından uzaqlaşmaq, özünün yaratdığı "reallıq"da qəhrəman olmaq üçün bu yola üz tuturlar. Toksikomaniya uzunmüddətli olmur, qısamüddətli olur. Bundan asılı olan şəxslər ya narkomaniyaya üz tutur, ya da ki, ağılları başlarına gəlir, psixoloq, psixatr müalicəsi alırlar".
Mütəxəssis düşünür ki, son illərdə toksikomaniya ilə bağlı rəqəmlərdəki say artımı aşkarlanma hallarının artması ilə əlaqədardır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.