https://sputnik.az/20230701/azerbaycanda-et-sud-yumurta-istehsali-nece-artib-statistika-456252718.html
Azərbaycanda ət, süd, yumurta istehsalı necə artıb? Statistika
Azərbaycanda ət, süd, yumurta istehsalı necə artıb? Statistika
Sputnik Azərbaycan
Kənd təsərrüfatının istehsalı 5,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə 10,9 faiz artıb. 01.07.2023, Sputnik Azərbaycan
2023-07-01T09:03+0400
2023-07-01T09:03+0400
2023-07-01T09:03+0400
ət
iqtisadiyyat
süd
yumurta
https://cdnn1.img.sputnik.az/img/07e7/01/05/450352530_0:120:1280:840_1920x0_80_0_0_4617f848f9b4d1fe5852db9af3298b7b.jpg
BAKI, 01 iyul — Sputnik. 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 116 milyon manat təşkil edib. Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bunun da 2 milyard 372,3 milyon manatı heyvandarlıq, 743,7 milyon manatı bitkiçilik məhsullarının payına düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə 10,9 faiz artıb. Bitkiçilik Ölkədə yaz-tarla işləri davam etdirilir və 2023-cü ilin yanvar-may aylarında 341,8 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz az yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 59,0 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 28,7 min hektarı dən üçün qarğıdalı), 49,0 min hektar sahədə kartof, 59,3 min hektar sahədə tərəvəz, 16,9 min hektar sahədə bostan bitkiləri, 94,0 min hektar sahədə pambıq, 10,0 min hektar sahədə dən üçün günəbaxan, 4,5 min hektar sahədə şəkər çuğunduru, 2,6 min hektar sahədə tütün, 44,0 min hektar sahədə çoxillik otlar, 1,3 min hektar sahədə birillik otlar və 1,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib. Yaz-tarla işləri ilə yanaşı kənd təsərrüfatı məhsullarının yığımına da başlanıb. İyun ayının 1-nə kimi tarlalardan 82,0 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,9 faiz çox taxıl, 172,0 min ton (12,0 faiz az) kartof, 385,3 min ton (18,1 faiz çox) tərəvəz, 29,5 min ton (22,4 faiz çox) meyvə və giləmeyvə, 496,4 ton (33,2 faiz çox) yaşıl çay yarpağı yığılıb. Heyvandarlıq 2023-cü ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diri çəkidə 226,9 min ton ət, 909,5 min ton süd, 918,6 milyon ədəd yumurta, 11,7 min ton yun, 116,8 ton barama istehsal edilib, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 2,1 faiz, yumurta istehsalı 11,4 faiz, barama istehsalı 3,6 dəfə artıb, yun istehsalı isə 2,0 faiz azalıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/05/450352530_0:0:1280:960_1920x0_80_0_0_194744c7c12790a7b99c036f60866fd9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ət, süd, yumurta
Azərbaycanda ət, süd, yumurta istehsalı necə artıb? Statistika
Kənd təsərrüfatının istehsalı 5,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə 10,9 faiz artıb.
BAKI, 01 iyul — Sputnik. 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 milyard 116 milyon manat təşkil edib.
Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bunun da 2 milyard 372,3 milyon manatı heyvandarlıq, 743,7 milyon manatı bitkiçilik məhsullarının payına düşür.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 5,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,5 faiz, bitkiçilik məhsulları üzrə 10,9 faiz artıb.
Ölkədə yaz-tarla işləri davam etdirilir və 2023-cü ilin yanvar-may aylarında 341,8 min hektar sahədə və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz az yazlıq bitkilərin səpini aparılıb.
Bu dövrdə 59,0 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 28,7 min hektarı dən üçün qarğıdalı), 49,0 min hektar sahədə kartof, 59,3 min hektar sahədə tərəvəz, 16,9 min hektar sahədə bostan bitkiləri, 94,0 min hektar sahədə pambıq, 10,0 min hektar sahədə dən üçün günəbaxan, 4,5 min hektar sahədə şəkər çuğunduru, 2,6 min hektar sahədə tütün, 44,0 min hektar sahədə çoxillik otlar, 1,3 min hektar sahədə birillik otlar və 1,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.
Yaz-tarla işləri ilə yanaşı kənd təsərrüfatı məhsullarının yığımına da başlanıb. İyun ayının 1-nə kimi tarlalardan 82,0 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 49,9 faiz çox taxıl, 172,0 min ton (12,0 faiz az) kartof, 385,3 min ton (18,1 faiz çox) tərəvəz, 29,5 min ton (22,4 faiz çox) meyvə və giləmeyvə, 496,4 ton (33,2 faiz çox) yaşıl çay yarpağı yığılıb.
2023-cü ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diri çəkidə 226,9 min ton ət, 909,5 min ton süd, 918,6 milyon ədəd yumurta, 11,7 min ton yun, 116,8 ton barama istehsal edilib, 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 2,1 faiz, yumurta istehsalı 11,4 faiz, barama istehsalı 3,6 dəfə artıb, yun istehsalı isə 2,0 faiz azalıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.