Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Süveyş və "Şimal-Cənub" - yüklərin daşınması üçün hansı marşrut sərfəlidir

Abunə olmaq
"Şimal-Cənub" BND-nin Süveyş kanalından əsas üstünlüyü yüklərin alıcıya çatdırılma sürətidir. İki daşıma marşrutu haqqında daha ətraflı Sputnik Azərbaycan-ın infoqrafikasında.
Süveyş kanalı bu gün dünyanın əsas yükdaşıma arteriyalarından biridir. Lakin onun rəqibi peyda olub. bu, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizidir (BND).
Belə ki, "Şimal-Cənub" BND, Süveyş kanalından fərqli olaraq, yükgöndərənlərə üç müxtəlif nəqliyyat qolunu - Azərbaycan ərazisindən avtomobil və dəmir yolu nəqliyyatı ilə qərbi, Rusiya Federasiyası və İranın dəniz limanları vasitəsilə Transxəzəri, eləcə də Qazaxıstan və Türkmənistan ərazisindən keçən quru marşrutla şərqi təklif edir.
"Şimal-Cənub" BND-nin Süveyş kanalından əsas üstünlüyü yüklərin alıcıya çatdırılma sürətidir. "Şimal-Cənub" boyunca Avropadan Hindistana yüklərin daşınma sürəti kanal vasitəsilə çatdırılma sürətindən iki dəfə çoxdur. Müvafiq olaraq, BND-dən istifadə xərcləri də xeyli aşağıdır.
Hesablamalara görə, Süveyş kanalından keçən ənənəvi marşrut üzrə Mumbaydan Sankt-Peterburqa yüklərin çatdırılma müddəti 30 gündən 45 günə qədərdir. Eyni zamanda, "Şimal-Cənub" quru marşrutu üzrə Mumbaydan Rusiyaya yüklərin daşınma müddəti 15 gün ilə 24 gün arasında dəyişə bilər.
Dəhlizin şərq qolu üzrə Qazaxıstan və Türkmənistandan keçməklə yüklərin daşınması çatdırılma müddətini 15-18 günə qədər azaldır. Ekspertlərin gözlədiyi kimi, İran ərazisində Astara-Rəşt dəmir yolu hissəsinin istifadəyə verilməsindən sonra BND vasitəsilə yüklərin çatdırılma müddəti daha da qısalacaq.
Xəbər lenti
0