https://sputnik.az/20230630/rusiya-taxil-sazisine-xitam-verileceyi-teqdirde-en-yoxsul-olkelere-tedaruku-temin-edecek-456395410.html
Rusiya taxıl sazişinə xitam veriləcəyi təqdirdə ən yoxsul ölkələrə tədarükü təmin edəcək
Rusiya taxıl sazişinə xitam veriləcəyi təqdirdə ən yoxsul ölkələrə tədarükü təmin edəcək
Sputnik Azərbaycan
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ən yoxsul ölkələrə tədarük pulsuz həyata keçiriləcək. 30.06.2023, Sputnik Azərbaycan
2023-06-30T17:53+0400
2023-06-30T17:53+0400
2023-06-30T17:53+0400
taxıl
lavrov
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
qara dəniz
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_0:160:3073:1889_1920x0_80_0_0_bcbfd24835174d4bd9e7017ec842469d.jpg
BAKI, 30 iyun - Sputnik. Taxıl sazişinə xitam veriləcəyi təqdirdə, Rusiya öz hesabına ən yoxsul ölkələrə lazımi həcmdə taxıl tədarükünü təmin edəcək. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn brifinqdə qeyd edib. Lavrov bildirib ki, “Tolyatti-Odessa” ammonyak boru kəmərini partladan Ukrayna Silahlı Qüvvələrinin (USQ) terror aktı “səbr kasasında daha bir damla” olub. “Qara dəniz təşəbbüsünü davam etdirmək istəyənlərin hansı arqumentləri olduğunu görmürəm, çünki o, Ukrayna taxılı baxımından çoxdan kommersiya halına gəlib”, - deyə nazir qeyd edib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin vurğulayıb ki, 2023-cü ildə Rusiyada taxıl ixracının təxminən 50 milyon tona çatacağı gözlənilir. Müvafiq olaraq, Rusiya tərəfdaşları taxıl sazişinin dayandırılmasından zərər görməyəcəklər. "Qara dəniz təşəbbüsünün başlanmasından bəri Ukraynadan 32,5 milyon ton taxıl, ilk növbədə qarğıdalı, yağlar, buğda ixrac olunur. Alıcıların demək olar ki, 40%-i Avropa İttifaqı (Aİ), 24%-i Çin, təxminən 10%-i Türkiyədir və bu taxılların 2,5%-dən bir qədər çoxu ən yoxsul ölkələrə ixrac edilib. Biz təşəbbüsün dayandırılması halında ən kasıb ölkələrə öz hesabımıza pulsuz taxıl tədarükünü təmin edəcəyik”, - deyə Lavrov fikrini yekunlaşdırıb. Bu yaxınkarda Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, sazişinin şərtləri yerinə yetirilmədiyinə görə onun uzadılması üçün heç bir ilkin şərt yoxdur. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/18/445332691_171:0:2902:2048_1920x0_80_0_0_2455d8b6766f2cde6293fd8461e9ce40.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
taxıl, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, qara dəniz
taxıl, lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov, qara dəniz
Rusiya taxıl sazişinə xitam veriləcəyi təqdirdə ən yoxsul ölkələrə tədarükü təmin edəcək
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, ən yoxsul ölkələrə tədarük pulsuz həyata keçiriləcək.
BAKI, 30 iyun - Sputnik. Taxıl sazişinə xitam veriləcəyi təqdirdə, Rusiya öz hesabına ən yoxsul ölkələrə lazımi həcmdə taxıl tədarükünü təmin edəcək.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov yerli və xarici media üçün keçirdiyi onlayn brifinqdə qeyd edib.
Lavrov bildirib ki, “Tolyatti-Odessa” ammonyak boru kəmərini partladan Ukrayna Silahlı Qüvvələrinin (USQ) terror aktı “səbr kasasında daha bir damla” olub.
“Qara dəniz təşəbbüsünü davam etdirmək istəyənlərin hansı arqumentləri olduğunu görmürəm, çünki o, Ukrayna taxılı baxımından çoxdan kommersiya halına gəlib”, - deyə nazir qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin vurğulayıb ki, 2023-cü ildə Rusiyada taxıl ixracının təxminən 50 milyon tona çatacağı gözlənilir. Müvafiq olaraq, Rusiya tərəfdaşları taxıl sazişinin dayandırılmasından zərər görməyəcəklər.
"Qara dəniz təşəbbüsünün başlanmasından bəri Ukraynadan 32,5 milyon ton taxıl, ilk növbədə qarğıdalı, yağlar, buğda ixrac olunur. Alıcıların demək olar ki, 40%-i Avropa İttifaqı (Aİ), 24%-i Çin, təxminən 10%-i Türkiyədir və bu taxılların 2,5%-dən bir qədər çoxu ən yoxsul ölkələrə ixrac edilib. Biz təşəbbüsün dayandırılması halında ən kasıb ölkələrə öz hesabımıza pulsuz taxıl tədarükünü təmin edəcəyik”, - deyə Lavrov fikrini yekunlaşdırıb.
Bu yaxınkarda Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib ki, sazişinin şərtləri yerinə yetirilmədiyinə görə onun uzadılması üçün heç bir ilkin şərt yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.