CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda qısamüddətli yağış ehtimalı var - Proqnoz

© Sputnik / Murad OrujovYağışlı hava, arxiv şəkli
Yağışlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.06.2023
Abunə olmaq
Ölkənin şimal və qərb rayonlarında yağışın leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
BAKI, 30 iyun - Sputnik. İyunun 30-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq, lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu 26-31° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın şimal və qərb rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli, intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 31-36°, dağlarda 15-20° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0