https://sputnik.az/20230630/dunya-bankinin-ukraynaya-yardim-ucun-vesaiti-demek-olar-ki-tukenib-456394947.html
Dünya Bankının Ukraynaya yardım üçün vəsaiti demək olar ki, tükənib
Dünya Bankının Ukraynaya yardım üçün vəsaiti demək olar ki, tükənib
Sputnik Azərbaycan
Dünya Bankı Kiyevə kömək etmək üçün 24 milyard dollardan çox vəsaiti səfərbər edə bilib, lakin vəsaitin təxminən 90%-ni zəmanətçilər və donorlar, o cümlədən... 30.06.2023, Sputnik Azərbaycan
2023-06-30T18:22+0400
2023-06-30T18:22+0400
2023-06-30T18:22+0400
dünya bankı
dünya xəbərləri
ukrayna
kiyev
yaponiya
abş
böyük britaniya
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/41353/99/413539982_0:451:4200:2814_1920x0_80_0_0_fbedcf66a8fc9a91dbe8ba23c752c756.jpg
BAKI, 30 iyun - Sputnik. Dünya Bankı (DB) Ukraynaya kömək etmək üçün daxili vəsaiti demək olar ki, tükəndirib. Bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb. Belə ki, mənbə Dünya Bankının Tokionun zəmanəti ilə Kiyev üçün 1,5 milyard dollarlıq krediti təsdiqləmək qərarını şərh edib. Nəşrin həmsöhbəti Dünya Bankının Ukrayna iqtisadiyyatının vəziyyəti ilə bağlı ciddi risklərin olduğunu qeyd edərək, Rusiya tərəfinin belə bir kreditin verilməsinə qarşı olduğunu da bildirib. Nəşrin yazdığına görə, Dünya Bankı Kiyevə kömək etmək üçün 24 milyard dollardan çox vəsaiti səfərbər edə bilib, lakin vəsaitin təxminən 90%-ni təşkilatın özü tərəfindən deyil, zəmanətçilər və donorlar, o cümlədən Yaponiya, ABŞ, habelə Böyük Britaniya və Avropa İttifaqı tərəfindən verilib. Mənbə həmçinin bildirib ki, vəsaitlər yalnız mülki ehtiyaclara, o cümlədən pensiyaların, müavinətlərin, habelə həkimlərin və təcili yardım işçilərinin maaşlarının ödənilməsi üçün istifadə olunur və onların məqsədli istifadəsinə Dünya Bankının daxili audit xidməti tərəfindən nəzarət edildiyini vurğulayıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41353/99/413539982_0:0:3752:2814_1920x0_80_0_0_a96f0dacf14c9f0eea5168f08ad0abc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dünya bankı, ukrayna, kiyev, yaponiya, abş, böyük britaniya, avropa ittifaqı
dünya bankı, ukrayna, kiyev, yaponiya, abş, böyük britaniya, avropa ittifaqı
Dünya Bankının Ukraynaya yardım üçün vəsaiti demək olar ki, tükənib
Dünya Bankı Kiyevə kömək etmək üçün 24 milyard dollardan çox vəsaiti səfərbər edə bilib, lakin vəsaitin təxminən 90%-ni zəmanətçilər və donorlar, o cümlədən Yaponiya, ABŞ, habelə Böyük Britaniya və Avropa İttifaqı tərəfindən verilib.
BAKI, 30 iyun - Sputnik. Dünya Bankı (DB) Ukraynaya kömək etmək üçün daxili vəsaiti demək olar ki, tükəndirib.
Bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb.
Belə ki, mənbə Dünya Bankının Tokionun zəmanəti ilə Kiyev üçün 1,5 milyard dollarlıq krediti təsdiqləmək qərarını şərh edib.
Nəşrin həmsöhbəti Dünya Bankının Ukrayna iqtisadiyyatının vəziyyəti ilə bağlı ciddi risklərin olduğunu qeyd edərək, Rusiya tərəfinin belə bir kreditin verilməsinə qarşı olduğunu da bildirib.
Nəşrin yazdığına görə, Dünya Bankı Kiyevə kömək etmək üçün 24 milyard dollardan çox vəsaiti səfərbər edə bilib, lakin vəsaitin təxminən 90%-ni təşkilatın özü tərəfindən deyil, zəmanətçilər və donorlar, o cümlədən Yaponiya, ABŞ, habelə Böyük Britaniya və Avropa İttifaqı tərəfindən verilib.
Mənbə həmçinin bildirib ki, vəsaitlər yalnız mülki ehtiyaclara, o cümlədən pensiyaların, müavinətlərin, habelə həkimlərin və təcili yardım işçilərinin maaşlarının ödənilməsi üçün istifadə olunur və onların məqsədli istifadəsinə Dünya Bankının daxili audit xidməti tərəfindən nəzarət edildiyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.