https://sputnik.az/20230630/bayden-yene-her-kesi-qeribe-hereketi-ile-teeccublendirib---vdeo-456395088.html
Bayden yenə hər kəsi qəribə hərəkəti ilə təəccübləndirib - VİDEO
Bayden yenə hər kəsi qəribə hərəkəti ilə təəccübləndirib - VİDEO
Sputnik Azərbaycan
“Townhall” portalının izləyiçiləri canlı yayım zamanı çəkiliş meydançasını tərk edən Baydenin hərəkətinə təəccübləniblər. 30.06.2023, Sputnik Azərbaycan
2023-06-30T17:25+0400
2023-06-30T17:25+0400
2023-06-30T17:25+0400
co bayden
dünya xəbərləri
abş
abş prezidenti cozef bayden
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456382947_0:160:3072:1888_1920x0_80_0_0_2ee3d290b8f758741d4140e32b8668dc.jpg
BAKI, 30 iyun - Sputnik. ABŞ Prezidenti Co Bayden televiziya kanallarından birinə müsahibə verərkən canlı yayımın hələ də davam etməsinə baxmayaraq, çəkiliş meydançasını tərk edib. Bu fakt “Townhall” portalının izləyiçilərini təəccübləndirib. Bu barədə Rusiya mediası xəbər verib. ABŞ liderinin iştirakı ilə verilişin bir hissəsi “YouTube” kanalında yayımlanıb. Söhbətin sonunda aparıcı müsahibəyə gəldiyi üçün Baydenə təşəkkür edib. Prezident də öz növbəsində stuldan qalxaraq həmsöhbətinin əlini sıxıb və verilişin hələ bitməsinə baxmayaraq çəkiliş meydançasını tərk edib. Bəzi oxucular Baydenin təcili olaraq ayaq yoluna getmək məcburiyyətində olduğunu, digərləri isə ABŞ liderinin televiziya kanalında deyil, radioda çıxış etdiyini düşündüyünü irəli sürüblər. Başqa bir şərhçi isə “kiminsə pərdə arxasında dondurma yediyi üçün” baş verən hadisədə dövlət başçısının günahının olmadığını rişxəndlə qeyd edib. ABŞ-ın yaşlı prezidenti daim utanc verici vəziyyətlərdə olur. Bir müddət əvvəl Bayden Hindistan himni səsləndirilərkən əlini ürəyinin üstünə qoyub və 15 saniyə bu vəziyyətdə dayanıb. Bu yaxınlarda isə ABŞ lideri Konnektikutda keçirilən silah təhlükəsizliyi sammitində çıxışını “Allah kraliçanı qorusun” ifadəsi ilə bitirib. May ayında Baydenin çətirin necə açılacağını anlaması ən azı bir dəqiqə çəkib və nəticədə o, yağışda islanıb. Bundan əvvəl isə ABŞ prezidenti gözlənilmədən uşaq velosipedini sürmək qərarına gəlib, ancaq onu sındırdığı üçün bunu edə bilməyib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456382947_171:0:2902:2048_1920x0_80_0_0_f1f5033bf1908ad427147c0c82189084.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
co bayden, abş, abş prezidenti cozef bayden
co bayden, abş, abş prezidenti cozef bayden
Bayden yenə hər kəsi qəribə hərəkəti ilə təəccübləndirib - VİDEO
“Townhall” portalının izləyiçiləri canlı yayım zamanı çəkiliş meydançasını tərk edən Baydenin hərəkətinə təəccübləniblər.
BAKI, 30 iyun - Sputnik. ABŞ Prezidenti Co Bayden televiziya kanallarından birinə müsahibə verərkən canlı yayımın hələ də davam etməsinə baxmayaraq, çəkiliş meydançasını tərk edib. Bu fakt “Townhall” portalının izləyiçilərini təəccübləndirib.
Bu barədə Rusiya mediası xəbər verib.
ABŞ liderinin iştirakı ilə verilişin bir hissəsi “YouTube” kanalında yayımlanıb. Söhbətin sonunda aparıcı müsahibəyə gəldiyi üçün Baydenə təşəkkür edib. Prezident də öz növbəsində stuldan qalxaraq həmsöhbətinin əlini sıxıb və verilişin hələ bitməsinə baxmayaraq çəkiliş meydançasını tərk edib.
Bəzi oxucular Baydenin təcili olaraq ayaq yoluna getmək məcburiyyətində olduğunu, digərləri isə ABŞ liderinin televiziya kanalında deyil, radioda çıxış etdiyini düşündüyünü irəli sürüblər. Başqa bir şərhçi isə “kiminsə pərdə arxasında dondurma yediyi üçün” baş verən hadisədə dövlət başçısının günahının olmadığını rişxəndlə qeyd edib.
ABŞ-ın yaşlı prezidenti daim utanc verici vəziyyətlərdə olur. Bir müddət əvvəl Bayden Hindistan himni səsləndirilərkən əlini ürəyinin üstünə qoyub və 15 saniyə bu vəziyyətdə dayanıb. Bu yaxınlarda isə ABŞ lideri Konnektikutda keçirilən silah təhlükəsizliyi sammitində çıxışını “Allah kraliçanı qorusun” ifadəsi ilə bitirib.
May ayında Baydenin çətirin necə açılacağını anlaması ən azı bir dəqiqə çəkib və nəticədə o, yağışda islanıb. Bundan əvvəl isə ABŞ prezidenti gözlənilmədən uşaq velosipedini sürmək qərarına gəlib, ancaq onu sındırdığı üçün bunu edə bilməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.