Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

© Photo : REPORTGəncədə xəstəxanada yanğın
Gəncədə xəstəxanada yanğın  - Sputnik Azərbaycan, 1920, 30.06.2023
Abunə olmaq
Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
BAKI, 30 iyun - Sputnik. Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, binanın 10-cu mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı evin 1 otağının qapısı və divar üzlüyü 2 m² sahədə yanıb.
"Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirlik bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0