https://sputnik.az/20230629/wsj--abs-uzerinde-vurulan-cin-sari-abs-avadanliqlarindan-istifade-edib-456364851.html
"WSJ": ABŞ üzərində vurulan Çin şarı ABŞ avadanlıqlarından istifadə edib
"WSJ": ABŞ üzərində vurulan Çin şarı ABŞ avadanlıqlarından istifadə edib
Sputnik Azərbaycan
Təhlil göstərib ki, qurğu təkcə Çin sensorları ilə deyil, həm də Amerika qurğuları ilə təchiz edilib. 29.06.2023, Sputnik Azərbaycan
2023-06-29T21:09+0400
2023-06-29T21:09+0400
2023-06-29T21:09+0400
abş
dünya xəbərləri
co bayden
çin
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451230303_0:161:3071:1888_1920x0_80_0_0_76eb344adf57bb7047a410e4d6a799ff.jpg
BAKI, 29 iyun - Sputnik. Fevralın əvvəlində ABŞ ərazisi üzərində uçan Çin hava şarı məlumat toplamaq üçün ABŞ avadanlıqlarından istifadə edib. Bu qənaətə ABŞ Federal Təhqiqat Bürosunun ekspertləri gəlib. “The Wall Street Journal”ın (WSJ) araşdırmasının nəticələrini Ağ Evin adı açıqlanmayan nümayəndələri bildirib. ABŞ-ın bir sıra müdafiə və kəşfiyyat qurumları Federal Təhqiqat Bürosu ilə birlikdə fevralın əvvəlində yerə enmiş hava şarının qalıqlarını təhlil ediblər. Təhlil göstərdi ki, qurğu təkcə Çin sensorları ilə deyil, həm də Amerika qurğuları ilə təchiz edilib. Onların bəzilərini internetdən almaq olar. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, hava şarı fotoşəkillər və videolar çəkib, həmçinin Çinə ötürülmək üçün digər məlumatlar toplayıb. Mütəxəssislər belə qənaətə gəliblər ki, qurğu Pekinin əvvəllər bəyan etdiyi kimi havanı müşahidə etmək üçün deyil, kəşfiyyat məqsədləri üçün nəzərdə tutulub. Bununla belə, ekspertlərin fikrincə, Çin hava şarı ABŞ ərazisi üzərində uçuşu zamanı ÇXR-ə heç bir məlumat ötürməyib. Amerikalı müstəntiqlər hesab edirlər ki, kəşfiyyat məlumatlarının toplanması ehtimalına baxmayaraq, şarın ABŞ ərazisi üzərində uçuşu qəsdən olub. Fevralın əvvəlində Çin hava şarı ABŞ hava məkanına uçdu. Pekin onun külək tərəfindən uçurulan meteoroloji zond olduğunu iddia etsə də, Vaşinqton hava şarını kəşfiyyat şarı hesab edirdi. Cihaz fevralın 4-də prezident Co Baydenin göstərişi ilə məhv edilib. Pekin bununla bağlı Vaşinqtona etiraz edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451230303_170:0:2901:2048_1920x0_80_0_0_4126175285ec9259245367a3f445f931.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
abş, co bayden, çin
"WSJ": ABŞ üzərində vurulan Çin şarı ABŞ avadanlıqlarından istifadə edib
Təhlil göstərib ki, qurğu təkcə Çin sensorları ilə deyil, həm də Amerika qurğuları ilə təchiz edilib.
BAKI, 29 iyun - Sputnik. Fevralın əvvəlində ABŞ ərazisi üzərində uçan Çin hava şarı məlumat toplamaq üçün ABŞ avadanlıqlarından istifadə edib. Bu qənaətə ABŞ Federal Təhqiqat Bürosunun ekspertləri gəlib. “The Wall Street Journal”ın (WSJ) araşdırmasının nəticələrini Ağ Evin adı açıqlanmayan nümayəndələri bildirib.
ABŞ-ın bir sıra müdafiə və kəşfiyyat qurumları Federal Təhqiqat Bürosu ilə birlikdə fevralın əvvəlində yerə enmiş hava şarının qalıqlarını təhlil ediblər. Təhlil göstərdi ki, qurğu təkcə Çin sensorları ilə deyil, həm də Amerika qurğuları ilə təchiz edilib. Onların bəzilərini internetdən almaq olar.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, hava şarı fotoşəkillər və videolar çəkib, həmçinin Çinə ötürülmək üçün digər məlumatlar toplayıb. Mütəxəssislər belə qənaətə gəliblər ki, qurğu Pekinin əvvəllər bəyan etdiyi kimi havanı müşahidə etmək üçün deyil, kəşfiyyat məqsədləri üçün nəzərdə tutulub.
Bununla belə, ekspertlərin fikrincə, Çin hava şarı ABŞ ərazisi üzərində uçuşu zamanı ÇXR-ə heç bir məlumat ötürməyib. Amerikalı müstəntiqlər hesab edirlər ki, kəşfiyyat məlumatlarının toplanması ehtimalına baxmayaraq, şarın ABŞ ərazisi üzərində uçuşu qəsdən olub.
Fevralın əvvəlində Çin hava şarı ABŞ hava məkanına uçdu. Pekin onun külək tərəfindən uçurulan meteoroloji zond olduğunu iddia etsə də, Vaşinqton hava şarını kəşfiyyat şarı hesab edirdi. Cihaz fevralın 4-də prezident Co Baydenin göstərişi ilə məhv edilib. Pekin bununla bağlı Vaşinqtona etiraz edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.