https://sputnik.az/20230629/var-olsun-resadetli-azerbaycan-ordusu---mn-456376641.html
Var olsun rəşadətli Azərbaycan Ordusu! - MN
Var olsun rəşadətli Azərbaycan Ordusu! - MN
Sputnik Azərbaycan
Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli Lideri Heydər... 29.06.2023, Sputnik Azərbaycan
2023-06-29T18:21+0400
2023-06-29T18:21+0400
2023-06-29T18:21+0400
video
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456379368_0:43:1001:606_1920x0_80_0_0_260bc7a0e5056fc9f5e046e90f23cf6c.jpg
Müdafiə Nazirliyi Azərbaycan Ordusuna həsr olunmuş video yayıb.Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövləti regionda möhkəm və davamlı sülhün, sabitliyin bərqərar edilməsində, qorunmasında mühüm rol oynayır.Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş milli ordu quruculuğu müstəqilliyini yenidən qazanan ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoyub.26 iyun 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil edib.Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır.Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsidir ki, ölkəmizin müdafiə qüdrəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilib.Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad olunmuş torpaqlarımızda rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə dövlətimizin başçısının rəhbərliyi ilə başlayan bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, böyük qayıdışa layiqli töhfələrini verməkdədir.Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, onların unudulmaz xatirəsini əziz tuturuq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456379368_93:0:901:606_1920x0_80_0_0_092d75bcaeeabcce962ef97b4a5d2e46.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan ordusu, видео
Var olsun rəşadətli Azərbaycan Ordusu! - MN
Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.
Müdafiə Nazirliyi Azərbaycan Ordusuna həsr olunmuş video yayıb.
Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövləti regionda möhkəm və davamlı sülhün, sabitliyin bərqərar edilməsində, qorunmasında mühüm rol oynayır.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulmuş milli ordu quruculuğu müstəqilliyini yenidən qazanan ölkəmizdə tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoyub.
26 iyun 1918-ci ildə yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət Ordusunun hüquqi bazasını təşkil edib.
Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi irəli sürülməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.
Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır.
Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısının nəticəsidir ki, ölkəmizin müdafiə qüdrəti gündən-günə artaraq, xalq, dövlət, ordu birliyi monolit birliyə çevrilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad olunmuş torpaqlarımızda rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə dövlətimizin başçısının rəhbərliyi ilə başlayan bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, böyük qayıdışa layiqli töhfələrini verməkdədir.
Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizi ehtiramla yad edir, onların unudulmaz xatirəsini əziz tuturuq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.