https://sputnik.az/20230629/mudafi-nazirliyinin-rehberliyi-qarabagda-doyus-movqelerine-bas-cekib-456368930.html
Müdafiə Nazirliyinin rəhbərliyi Qarabağda döyüş mövqelərinə baş çəkib
Müdafiə Nazirliyinin rəhbərliyi Qarabağda döyüş mövqelərinə baş çəkib
Sputnik Azərbaycan
Baş Qərargah rəisi qarşıya qoyulmuş tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması... 29.06.2023, Sputnik Azərbaycan
2023-06-29T13:19+0400
2023-06-29T13:19+0400
2023-06-29T15:44+0400
hərbi
baş qərargah rəisi
qarabağ
qurban bayramı
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456368439_0:50:1000:613_1920x0_80_0_0_a04fd8de3e06c7b51e859775ef2da5be.jpg
BAKI, 29 iyun - Sputnik. 26 İyun - Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Quru Qoşunları komandanlığında və Qarabağ iqtisadi rayonunda yerləşən hərbi hissələrdə olublar. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.Əvvəlcə general-polkovnik K.Vəliyev Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində idarə heyəti ilə xidməti müşavirə keçirib, əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib.Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqi ilə bağlı müvafiq göstərişlər verib.General-polkovnik K.Vəliyev şəxsi heyəti bayramlar münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.Sonra Kəlbəcər, Laçın və Ağdamda yerləşən hərbi hissələrdə və bir neçə döyüş mövqeyində olan Baş Qərargah rəisi hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb və bayramlar münasibətilə müdafiə nazirinin təbriklərini çatdırıb.Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması, həmçinin istənilən təxribatın qarşısının qətiyyətlə alınması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.Sonda qurbanlar kəsilib, şəxsi heyətlə birlikdə nahar edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/1d/456368439_59:0:942:662_1920x0_80_0_0_7c9740667d1b78581e069b91955dbbc5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
baş qərargah rəisi, qarabağ, qurban bayramı
baş qərargah rəisi, qarabağ, qurban bayramı
Müdafiə Nazirliyinin rəhbərliyi Qarabağda döyüş mövqelərinə baş çəkib
13:19 29.06.2023 (Yenilənib: 15:44 29.06.2023) Baş Qərargah rəisi qarşıya qoyulmuş tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqi ilə bağlı müvafiq göstərişlər verib.
BAKI, 29 iyun - Sputnik. 26 İyun - Silahlı Qüvvələr Günü və Qurban bayramı münasibətilə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər vəzifəli şəxsləri Quru Qoşunları komandanlığında və Qarabağ iqtisadi rayonunda yerləşən hərbi hissələrdə olublar. Bu barədə Müdafiə nazirliyi məlumat yayıb.
Əvvəlcə general-polkovnik K.Vəliyev Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində idarə heyəti ilə xidməti müşavirə keçirib, əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib.
Baş Qərargah rəisi Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə çatdırıb, onların dəqiq və vaxtında yerinə yetirilməsi məqsədilə bölmələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, silah və texnikanın effektiv tətbiqi ilə bağlı müvafiq göstərişlər verib.
General-polkovnik K.Vəliyev şəxsi heyəti bayramlar münasibətilə təbrik edib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Kəlbəcər, Laçın və Ağdamda yerləşən hərbi hissələrdə və bir neçə döyüş mövqeyində olan Baş Qərargah rəisi hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti ilə maraqlanıb və bayramlar münasibətilə müdafiə nazirinin təbriklərini çatdırıb.
Döyüş növbətçiliyinin daha keyfiyyətli təşkili və aparılması, şəxsi heyətin sayıqlığının artırılması, həmçinin istənilən təxribatın qarşısının qətiyyətlə alınması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonda qurbanlar kəsilib, şəxsi heyətlə birlikdə nahar edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.