Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Ermənistanın təxribatları daha genişmiqyaslı münaqişəyə çevrilə bilər - Deputat

© Photo : General Prosecutor's Office of AzerbaijanAzərbaycan-Ermənistan sərhədi, Laçında post
Azərbaycan-Ermənistan sərhədi, Laçında post - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
Millət vəkili bir vaxtda Qərb ölkələrini, eləcə də Avropa Parlament Assambleyasının deputatlarını həqiqəti, baş verənləri düzgün dərk edib Ermənistanı haqq yoluna qaytarmağa çağırıb.
BAKI, 29 iyun - Sputnik. İyunun 26-da Qarabağda törədilən təxribat regionda sülhün yaranmasına maneədir. Belə təxribatlar danışıqların pozulmasına, müvafiq bəyanatlardan irəli gələn öhdəliklərin yubadılmasına hesablanıb. Bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib.
Onun qənaətinə görə, təxribatın Vaşinqtonda keçirilən görüşlər ərəfəsində törədilməsi Ermənistanın təcavüzkar niyyətindən qaynaqlanır:

"Bu, bir daha göstərir ki, Ermənistan hakimiyyəti sülh müqaviləsinin bağlanmasını istəmir. Əslində onlar silahlanmaya, revanş almağa, yenidən Qarabağ torpaqlarında faciələr törətməyə çalışırlar. Erməni təxribatı nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması təəssüf doğurur. Buna baxmayaraq, Azərbaycan Ordusu bu təxribatlara layiqli cavab verir. Belə ki, beş nəfərin məhv edilməsi və təxribatçıların yuvasının dağıdılması ermənilərə bundan sonra da layiqincə cavab veriləcəyini göstərir".

© Photo : OlkeMillət vəkili Tahir Rzayev
Millət vəkili Tahir Rzayev - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Millət vəkili Tahir Rzayev
Deputat bildirib ki, Ermənistan rəhbərliyi 44 günlük Vətən müharibəsinin nəticələrindən hələ də lazımi dərs çıxarmayıb.
"Onlar Fərrux, Sarıbaba əməliyyatlarını yaxşı xatırlamalı və Azərbaycan əsgərinin nəyə qadir olduğunu unutmamalıdırlar. Amma görünür ki, onlar bunu dərk etmək istəmirlər. Eyni zamanda, ermənilərə dəstək verən Avropanın bəzi hakimiyyət dairələri də bunu başa düşmək fikrində deyillər. Sözsüz ki, Ermənistan bu təxribatları öz havadarlarının himayəsi altında həyata keçirir. Yaxşı olardı ki, danışıqların getdiyi, reallıqların əsaslandırıldığı və Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırıldığı bir vaxtda Qərb ölkələri, eləcə də Avropa Parlament Assambleyasının deputatları həqiqəti, baş verənləri düzgün dərk edib Ermənistanı haqq yoluna qaytarsınlar. Amma biz bunun əksini müşahidə edirik", - deyə millət vəkili bildirib.
T.Rzayev vurğulayıb ki, Azərbaycan suveren dövlət kimi öz sərhədlərini qorumaq əzmindədir. Ancaq təəssüflər olsun ki, bəzi hallarda buna yanlış mövqedən yanaşmalar olur.
Millət vəkili bildirib ki, əgər Azərbaycan Laçın yolunda özünün sərhəd-buraxılış məntəqəsini yaradırsa, bu, bilavasitə təhlükəsizliyin təmin olunmasına xidmət edir. Keçid məntəqəsi beynəlxalq normalara, ölkələrin sərhədlərinin qorunmasına, suverenliyinə bir nümunədir.

"Bu, Azərbaycanın haqqıdır. Avropa Parlament Assambleyasının müzakirələrində Laçın yolunun bağlanması, ermənilərin blokadaya alınması və onların acınacaqlı vəziyyətdə olması barədə yanlış fikirlər söylənilir, doğru olmayan məruzələr təqdim edilir. Ancaq bütün bu cəhdlər faydasızdır. Çünki Prezident İlham Əliyev, Azərbaycan xalqı və əsgəri ilk gündən sülhün, əmin-amanlığın, təhlükəsizliyin tərəfdarı olduqlarını bütün dünyaya bəyan ediblər. Biz qalib ölkə kimi bu gün sülh istəyirik. Dövlətimizin başçısı dəfələrlə söyləyib ki, biz öz torpaqlarımızı düşməndən azad etmişik, biz sərhədlərimizin qorunması uğrunda mübarizə aparmışıq və heç bir kəsin torpağında bizim gözümüz yoxdur. Ona görə də törədilən təxribatlar Ermənistana heç bir fayda verə bilməz. Əslində bu, Ermənistanı daha acınacaqlı, çıxılmaz vəziyyətə düçar edə bilər. Çünki Azərbaycan Ordusu güclüdür. Azərbaycan xalqı mübarizdir. Azərbaycan Prezidenti bu gün özünün düşünülmüş, uzaqgörən siyasəti ilə bütün dünyaya örnəkdir. Buna görə də Ermənistan hakimiyyəti sülh yolunu məqbul hesab etməlidir. Əks təqdirdə bu təxribatlar daha genişmiqyaslı münaqişəyə çevrilə bilər və Ermənistanın daha ağır faciəsinə səbəb ola bilər”,- deyə T. Rzayev vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0