CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

© Sputnik / Rahim MuradovSel, arxiv şəkli
Sel, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Mərkəzi-Aran rayonlarında yağışın daha intensiv olacağı proqnozlaşdırılır.
BAKI, 29 iyun - Sputnik. İyunun 30-u gündüz ölkənin Şimal və Qərb rayonlarından başlayaraq iyulun 1-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Bildirilir ki, axşama doğru tədricən mülayimləşəcək. Arabir yağış yağacağı ehtimalı var.
Əsasən Balakən-Şəki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Mərkəzi-Aran rayonlarında yağışın intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0