DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alimlər okeanın dibində sivilizasiyanın izlərini aşkar ediblər

© Sputnik / Андрей Шапран / Mediabanka keçidOkean
Okean - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
Suyun dibində tapılan əşyaların yaşının ən azı doqquz min il olduğu bildirilir.
BAKI, 29 iyun — Sputnik. Qərbi Avstraliyanın Pilbara sahillərində su altında qalmış arxeoloji sahənin varlığı kəşf edilib. Bununla da bu barədə daha əvvəlki fərziyyə Avstraliyanın Flinders Universitetinin alimləri tərəfindən təsdiqlənib.
Tədqiqat hesabatı “Quaternary Science Reviews” jurnalı tərəfindən dərc edilib.
Alimlər müəyyən ediblər ki, dənizin dibi əslində su altında qalmış mədəni landşaftdır və onların fikrincə, bu, UNESCO-nun Sualtı Mədəni İrsin Mühafizəsi Konvensiyasına uyğun olaraq mühafizə sahəsi hesab edilməlidir.
Sualtı arxeoloqlar qədim sivilizasiyanın çoxsaylı izlərini aşkar ediblər. Daş qalıqları hazırda 14 metrə qədər dərinlikdədir. Alimlər hesab edirlər ki, buralar əvvəllər quru torpaq sahəsi olub. Suyun dibində tapılan əşyaların yaşı ən azı 9 min ildir.
Ərazidə son Pleystotsen və erkən Holotsen dövrlərində məskən salınıb, lakin buz dövrünün bitməsindən sonra dəniz səviyyəsinin qalxması nəticəsində su altında qalıb.
Bundan əvvəl Böyük Britaniya sakini Con Muner yadplanetlilərin gəmisinin şəkillərini çəkdiyi üçün yadplanetli sivilizasiyanın mövcudluğuna dair təkzibedilməz sübutlara malik olduğunu bildirmişdi.
Onun fikrincə, başqa bir həyatın mövcudluğunu təsdiqləyən fotoşəkilləri Con Muner kənd yerində, Devonda çəkib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0