Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ağcanaqlarla necə mübarizə aparmalı? Faydalı məsləhətlər

CC0 / FotoshopTofs / MosquitoAğcaqanad
Ağcaqanad - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
Alimlər uzun araşdırmalardan sonra belə nəticəyə gəliblər ki, ağcaqanad dərmanlarının tərkibindəki kimyəvi maddə insanın sinir sisteminə və beyin hüceyrəsinə mənfi təsir göstərir.
BAKI, 27 iyun - Sputnik. Yay fəslinin özü ilə gətirdiyi problemlərdən biri də ağcaqanadların peyda olmasıdır. Əksər vaxtı ağcaqanad əleyhinə dərmanlardan istifadə edirlər. Onların arasında yandırılaraq tüstü verən və cərəyana taxılaraq qoxu yayan vasitələr var.
Həmin dərmanların insan orqanizminə təsir barədə danışan həkim-pulmonoloq deyib:
“Qızdırıcı vasitələrə taxılan xüsusi tabletlər və mayelər hazırda çox populyardır. Onların tərkibində ağcaqanadların sinir sisteminə təsir etmək yolu ilə onları iflic edən zəhərli maddə var. Həmin dərmanların insanlara o qədər güclü olmasa da, zəif təsirə malikdir. Evdə allergiyaya meylli və allergiyası olan varsa, həmin tüstü və qoxunun uzun müddət udulması onlarda həmin əlamətin kəskinləşməsinə səbəb ola bilər. Nəfəs darlığı, öskürək, ürək bulanması, qusma kimi hallar meydana gələ bilər”.
Ağcaqanad əleyhinə vasitələrdən biri də dəriyə çəkilən kremlər və spreylərdir. Həkim-pulmonoloq deyir ki, onun tərkibində olan zərərli maddələr xüsusilə uşaqlar üçün təhlükəlidir: “Krem və spreylərin tərkibində zəhərli və çox zərərli bir maddə var. Vasitənin istifadə qaydaları diqqətlə oxunub ona riayət olunmalıdır. İstifadə zamanı qapı və pəncərələr açıq olmalıdır. Qapalı şəraitdə ondan istifadə etmək düzgün deyil”.
Alimlər uzun araşdırmalardan sonra belə nəticəyə gəliblər ki, ağcaqanad dərmanlarının tərkibindəki kimyəvi maddə insanın sinir sisteminə və beyin hüceyrəsinə mənfi təsir göstərir. Uşaqlarda isə diqqət zəifliyi və hiperaktivliyin artmasına gətirib çıxarır. Ona görə də ən yaxşı vasitə evdə pəncərəyə tor vurmaqdır. Bununla yanaşı ağcaqanadlardan xilas olmaq üçün reyhan və lavanda bitkilərinin yağlarından fa istifadə etmək olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0