Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Aİ missiyası Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirib

© AR Ministry of DefenseAzərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in monitorinqi, arxiv
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ATƏT-in monitorinqi, arxiv - Sputnik Azərbaycan, 1920, 29.06.2023
Abunə olmaq
“Təhlükəsizliklə bağlı vəziyyətin inkişafı ilə bağlı Brüsselə hesabat vermək üçün biz hər gün Ermənistan ərazisində Azərbaycanla sərhəddə, Laçın dəhlizinin girişində patrul xidməti həyata keçiririk.
BAKI, 29 iyun - Sputnik. Aİ-nin Ermənistandakı missiyası Ermənistan-Azərbaycan sərhədində gündəlik patrul xidməti həyata keçirdiyini açıqlayıb.

“Təhlükəsizliklə bağlı vəziyyətin inkişafı ilə bağlı Brüsselə hesabat vermək üçün biz hər gün Ermənistan ərazisində Azərbaycanla sərhəddə, Laçın dəhlizinin girişində patrul xidməti həyata keçiririk”, - deyə “Twitter”də paylaşılan məlumatda deyilir.

Missiya qeyd edib ki, missiyanın qərəzsiz hesabatları Aİ-nin Cənubi Qafqazda sülh prosesinə töhfə verir.
Bundan əvvəl məlum olub ki, Aİ missiyası Kapan(Qafan), İcevan(Karvansara ) və Yeqeqnadzorda(Keşişkənd rayonu) yeni əməliyyat mərkəzləri açacaq.
Xatırladaq ki, fevralın 20-də Ermənistanda iki illik mandatla 100 nəfərdən ibarət yeni Avropa missiyası yerləşdirilib. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0