https://sputnik.az/20230628/qoyun-etinin-faydalari-zererinden-coxdur---mutexessislerin-bayram-tovsiyesi-456278047.html
Qoyun ətinin faydaları zərərindən çoxdur - mütəxəssislərin bayram tövsiyəsi
Qoyun ətinin faydaları zərərindən çoxdur - mütəxəssislərin bayram tövsiyəsi
Sputnik Azərbaycan
İbrahim Əhmədov bildirib ki, yoğun bağırsaqda, mədə və 12 barmaq bağırsaqda şişlərin inkişaf etməsində qoyun ətinin yox, mal ətinin rolu var. Ayrıca, qoyun əti... 28.06.2023, Sputnik Azərbaycan
2023-06-28T09:32+0400
2023-06-28T09:32+0400
2023-06-28T09:32+0400
qoyun
cəmiyyət
quzu
mal əti
qurban bayramı
qurban bayramı
qurban bayramında qeyri-iş günləri
https://cdnn1.img.sputnik.az/img/40796/42/407964272_0:318:3077:2048_1920x0_80_0_0_0e0a8d71c21d3fe5aaca9c1903ef70aa.jpg
BAKI, 28 iyun — Sputnik. Qurban bayramında əsasən qurbanlıq üçün qoç kəsildiyindən, bayram günlərində qoyun ətinin istehlakı əhəmiyyətli dərəcədə artır. Hətta qoyun ətindən nadir hallarda istifadə edən ailələrin süfrəsini də bir neçə gün ondan hazırlanmış xörəklər bəzəyir. Halbuki qoyun ətinin sağlamlıq üçün zərərli olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Sputnik Azərbaycan qoyun ətinin sağlamlıq üçün nə dərəcədə təhlükəli olduğunu, bu əti kimlərin yeməsinin məsləhət görülmədiyini araşdırıb. Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qoyun ətinin ziyanlı olduğu deyilsə də, bu fikir heç də doğru deyil. Onun sözlərinə görə, qoyun ətini daha çox kardioloqlar tənqid edirlər. Amma qoyun əti heç də deyildiyi kimi hamıya ziyanlı ət deyil: "Adətən sklerozu, təzyiqi olan yaşlı insanlar, eləcə də şəkər xəstələri üçün qoyun ətini çox yemək məsləhət deyil. Qoyun ətinin çox yağlı növlərindən istifadə etmək tövsiyyə edilmir". Kafedra müdiri bununla belə qeyd edir ki, qoyun əti çox dəyərli yeyinti məhsuludur. Bioloji dəyərinə görə mal ətindən yaxşı və xeyirlidir. Onun sözlərinə görə, qoyun əti düzgün istehlak edilərsə, təhlükəli deyil: "Əsas diqqət edilməli məqam odur ki, qoyun əti düzgün formada istehlak edilsin. Qoyun ətinin qızardılmasının zərəri çox olur. Amma buxarda bişirildikdə zərəri olmur". Həmsöhbətimiz deyir ki, iki-üç gün Qurban bayramında qoyun əti yemək təhlükə yarada bilməz. "Bayram günlərində hər ailəyə təxmini hesablasaq iki-üç kilo ət düşür. Bu isə ailə üzvülərinin hərəsinə gün ərzində 100-150 qram ət deməkdir. Bu qədər qoyun əti yeməyin orqanizm üçün elə ciddi təhlükəsi yoxdur". Orqanizm üçün quzu əti, həzm problemi olmayanlar üçün toğlu əti daha xeyirlidirİ.Əhmədov qeyd edib ki, orqanizm üçün quzu əti daha faydalıdır. Çünki, onun tərkibində ekstkatlı maddələr və yağ azdır. Kollagen adlanan birləşdirici maddə çox olmadığı üçün həzmə rahat gedir. Bununla belə, daxili həzm sistemində problem olmayanlara yetişkin toğlu əti daha xeylidir. Onun sözlərinə görə, qoyun ətinin tərkibindəki yağ turşuları mal və camışın tərkibindəki yağ turşularından daha yüngül və dəyərlidir. İ. Əhmədov bildirib ki, qoyun ətindən şəkər, qaraciyər, böyrək və piylənməsi olan xəstələrin istifadə etməməsi məsləhətdir. Amma qoyun ətini qaynadıb suyunu atdıqdan sonra heç bir zərəri qalmır. "Təbabət qoyun ətinin istehlakını azaltmağı tövsiyə etsə də, yoğun bağırsaqda, mədə və 12 barmaq bağırsaqda şişlərin inkişaf etməsində mal ətinin rolu var. Əslində dədə-babadan insanlar daha düzgün qidalanıblar. Elmin inkişafı insanları bir tərəfə yönəltdiyindən az sonra bunun fəsadları ortaya çıxır", - deyə dosent bildirib. Qoyunun quyruğu kərə yağı qədər faydalıdırİ.Əhmədov qoyun quyruğunun tərkibindəki yağın kərə yağına daha yaxın olduğunu bildirib. Onun sözlərinə görə, quyruqda doymamış yağ turşuları sərt yağ turşularına nisbətən daha çoxdur:"Quyruğu normada yemək təhlükə yaratmır. Bir-iki tikə quyruq kababı yemək təhlükəli deyil". Quzu əti daha keyfiyyətli və diyetik sayılırAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən də (AQTA) bildirildi ki, qida əhəmiyyətinə görə quzu əti daha keyfiyyətli və diyetik sayılır. Qoyun ətinin enerji dəyəri 190-300 kkal/100 qr intervalında dəyişir. Nəzərə almaq lazımdır ki, mal ətinə nisbətən qoyun ətinin tərkibində zərərli xolesterolun miqdarı az, faydalı lesitinin miqdarı isə çoxdur. Məhz bu səbəbdən quzu əti həm də diyetikdir. El arasında qoyun ətinin “ağır” olması kimi fikir dolaşır. Bu da lipidlərin tərkibində doymuş ali yağ turşularının çox olması ilə əlaqədardır. Qoyun ətinin tərkibi makro və mikroelementlər (Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və b.), vitaminlər (B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və s.), həmçinin digər bioloji aktiv maddələrlə zəngindir. Buna görə də immun sistemi, ürək-damar sistemi və mərkəzi sinir sisteminin fəaliyyətinə stimullaşdırıcı təsir göstərir. Belə ki, tərkibində zülal və lesitinin çox olması ilə yanaşı, karbohidrat və xolesterolun az olması səbəbindən yağsız qoyun əti (adətən cavan heyvan nəzərdə tutulur) orqanizm tərəfindən asan mənimsənilir və diabet xəstələri üçün faydalıdır. Quzu əti hamilələrə xüsusilə tövsiyə edilirDəmir elementi və B12 vitamini ilə zəngin olduğundan, xüsusən də dəmir defisitli anemiya zamanı istehlakı tövsiyə edilir. Tərkibində olan B qrup vitaminləri isə mərkəzi sinir sisteminin funksiyasını tənzimləyir. Ətin tərkibində zərərli xolesterolun miqdarının az olması ürək-damar sisteminin fəaliyyətini nizamlayır və aterosklerozun qarşısını alır. Tərkibində fol turşusu çox olduğundan hamiləlik dövründə dölün inkişafına müsbət təsir edir. Mütəmadi istehlak olunan qoyun əti müxtəlif biokimyəvi prosesləri sürətləndirməklə, orqanizmin müdafiə sistemini səfərbər edir. Qoyun ətinin faydalı xüsusiyyətləri ilə yanaşı, zərərli təsirləri də vardır. Belə ki, yağlı qoyun ətində doymuş yağ turşuları çox olduğundan hipertoniya və mədə-bağırsaq xəstəlikləri zamanı istehlakı tövsiyə edilmir. Tərkibində çox olan purin əsaslarının sidik turşusuna çevrilməsi səbəbindən oynaq, böyrək və öd kisəsi disfunksiyasından (artrit, nefrit, podaqra, xolesistit və s.) əziyyət çəkən xəstələr üçün bu növ ətin istehlakı zərərlidir. Qeyd edək ki, iyun ayının 28-də digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da Qurban bayramı qeyd edilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40796/42/407964272_0:0:2731:2048_1920x0_80_0_0_e7ee6ad5b6ccea4b630f620ac4260396.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qoyun, quzu, mal əti, qurban bayramı, qurban bayramı, qurban bayramında qeyri-iş günləri
qoyun, quzu, mal əti, qurban bayramı, qurban bayramı, qurban bayramında qeyri-iş günləri
Qoyun ətinin faydaları zərərindən çoxdur - mütəxəssislərin bayram tövsiyəsi
İbrahim Əhmədov bildirib ki, yoğun bağırsaqda, mədə və 12 barmaq bağırsaqda şişlərin inkişaf etməsində qoyun ətinin yox, mal ətinin rolu var. Ayrıca, qoyun əti çox dəyərli yeyinti məhsuludur. Bioloji dəyərinə görə mal ətindən daha yaxşı və xeyirlidir.
BAKI, 28 iyun — Sputnik. Qurban bayramında əsasən qurbanlıq üçün qoç kəsildiyindən, bayram günlərində qoyun ətinin istehlakı əhəmiyyətli dərəcədə artır. Hətta qoyun ətindən nadir hallarda istifadə edən ailələrin süfrəsini də bir neçə gün ondan hazırlanmış xörəklər bəzəyir. Halbuki qoyun ətinin sağlamlıq üçün zərərli olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Sputnik Azərbaycan qoyun ətinin sağlamlıq üçün nə dərəcədə təhlükəli olduğunu, bu əti kimlərin yeməsinin məsləhət görülmədiyini araşdırıb.
Azərbaycan Tibb Universitetinin Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent İbrahim Əhmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qoyun ətinin ziyanlı olduğu deyilsə də, bu fikir heç də doğru deyil. Onun sözlərinə görə, qoyun ətini daha çox kardioloqlar tənqid edirlər. Amma qoyun əti heç də deyildiyi kimi hamıya ziyanlı ət deyil:
"Adətən sklerozu, təzyiqi olan yaşlı insanlar, eləcə də şəkər xəstələri üçün qoyun ətini çox yemək məsləhət deyil. Qoyun ətinin çox yağlı növlərindən istifadə etmək tövsiyyə edilmir".
Kafedra müdiri bununla belə qeyd edir ki, qoyun əti çox dəyərli yeyinti məhsuludur. Bioloji dəyərinə görə mal ətindən yaxşı və xeyirlidir. Onun sözlərinə görə, qoyun əti düzgün istehlak edilərsə, təhlükəli deyil:
"Əsas diqqət edilməli məqam odur ki, qoyun əti düzgün formada istehlak edilsin. Qoyun ətinin qızardılmasının zərəri çox olur. Amma buxarda bişirildikdə zərəri olmur".
Həmsöhbətimiz deyir ki, iki-üç gün Qurban bayramında qoyun əti yemək təhlükə yarada bilməz.
"Bayram günlərində hər ailəyə təxmini hesablasaq iki-üç kilo ət düşür. Bu isə ailə üzvülərinin hərəsinə gün ərzində 100-150 qram ət deməkdir. Bu qədər qoyun əti yeməyin orqanizm üçün elə ciddi təhlükəsi yoxdur".
Orqanizm üçün quzu əti, həzm problemi olmayanlar üçün toğlu əti daha xeyirlidir
İ.Əhmədov qeyd edib ki, orqanizm üçün quzu əti daha faydalıdır. Çünki, onun tərkibində ekstkatlı maddələr və yağ azdır. Kollagen adlanan birləşdirici maddə çox olmadığı üçün həzmə rahat gedir. Bununla belə, daxili həzm sistemində problem olmayanlara yetişkin toğlu əti daha xeylidir.
Onun sözlərinə görə, qoyun ətinin tərkibindəki yağ turşuları mal və camışın tərkibindəki yağ turşularından daha yüngül və dəyərlidir.
İ. Əhmədov bildirib ki, qoyun ətindən şəkər, qaraciyər, böyrək və piylənməsi olan xəstələrin istifadə etməməsi məsləhətdir. Amma qoyun ətini qaynadıb suyunu atdıqdan sonra heç bir zərəri qalmır.
"Təbabət qoyun ətinin istehlakını azaltmağı tövsiyə etsə də, yoğun bağırsaqda, mədə və 12 barmaq bağırsaqda şişlərin inkişaf etməsində mal ətinin rolu var. Əslində dədə-babadan insanlar daha düzgün qidalanıblar. Elmin inkişafı insanları bir tərəfə yönəltdiyindən az sonra bunun fəsadları ortaya çıxır", - deyə dosent bildirib.
Qoyunun quyruğu kərə yağı qədər faydalıdır
İ.Əhmədov qoyun quyruğunun tərkibindəki yağın kərə yağına daha yaxın olduğunu bildirib. Onun sözlərinə görə, quyruqda doymamış yağ turşuları sərt yağ turşularına nisbətən daha çoxdur:
"Quyruğu normada yemək təhlükə yaratmır. Bir-iki tikə quyruq kababı yemək təhlükəli deyil".
Quzu əti daha keyfiyyətli və diyetik sayılır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən də (AQTA) bildirildi ki, qida əhəmiyyətinə görə quzu əti daha keyfiyyətli və diyetik sayılır. Qoyun ətinin enerji dəyəri 190-300 kkal/100 qr intervalında dəyişir.
Nəzərə almaq lazımdır ki, mal ətinə nisbətən qoyun ətinin tərkibində zərərli xolesterolun miqdarı az, faydalı lesitinin miqdarı isə çoxdur. Məhz bu səbəbdən quzu əti həm də diyetikdir. El arasında qoyun ətinin “ağır” olması kimi fikir dolaşır. Bu da lipidlərin tərkibində doymuş ali yağ turşularının çox olması ilə əlaqədardır.
Qoyun ətinin tərkibi makro və mikroelementlər (Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və b.), vitaminlər (B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və s.), həmçinin digər bioloji aktiv maddələrlə zəngindir. Buna görə də immun sistemi, ürək-damar sistemi və mərkəzi sinir sisteminin fəaliyyətinə stimullaşdırıcı təsir göstərir. Belə ki, tərkibində zülal və lesitinin çox olması ilə yanaşı, karbohidrat və xolesterolun az olması səbəbindən yağsız qoyun əti (adətən cavan heyvan nəzərdə tutulur) orqanizm tərəfindən asan mənimsənilir və diabet xəstələri üçün faydalıdır.
Quzu əti hamilələrə xüsusilə tövsiyə edilir
Dəmir elementi və B12 vitamini ilə zəngin olduğundan, xüsusən də dəmir defisitli anemiya zamanı istehlakı tövsiyə edilir. Tərkibində olan B qrup vitaminləri isə mərkəzi sinir sisteminin funksiyasını tənzimləyir. Ətin tərkibində zərərli xolesterolun miqdarının az olması ürək-damar sisteminin fəaliyyətini nizamlayır və aterosklerozun qarşısını alır. Tərkibində fol turşusu çox olduğundan hamiləlik dövründə dölün inkişafına müsbət təsir edir. Mütəmadi istehlak olunan qoyun əti müxtəlif biokimyəvi prosesləri sürətləndirməklə, orqanizmin müdafiə sistemini səfərbər edir.
Qoyun ətinin faydalı xüsusiyyətləri ilə yanaşı, zərərli təsirləri də vardır. Belə ki, yağlı qoyun ətində doymuş yağ turşuları çox olduğundan hipertoniya və mədə-bağırsaq xəstəlikləri zamanı istehlakı tövsiyə edilmir. Tərkibində çox olan purin əsaslarının sidik turşusuna çevrilməsi səbəbindən oynaq, böyrək və öd kisəsi disfunksiyasından (artrit, nefrit, podaqra, xolesistit və s.) əziyyət çəkən xəstələr üçün bu növ ətin istehlakı zərərlidir.
Qeyd edək ki, iyun ayının 28-də digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da Qurban bayramı qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.