DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Ərdoğana zəng vurub və onu Qurban bayramı münasibətilə təbrik edib

© Photo : official site of the Prime Minister of RANikol Paşinyan və RƏcəb Tayyib Ərdoğan, arxiv şəkli
Nikol Paşinyan və RƏcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.06.2023
Abunə olmaq
Türkiyə lideri də öz növbəsində Ermənistan hökumət başçısını qarşıdan gələn İsa Məsihin simasının dəyişməsi bayramı münasibətilə təbrik edib.
BAKI, 28 iyun - Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibəti ilə təbrik edib.
Bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə lideri də öz növbəsində Ermənistan hökumət başçısını qarşıdan gələn İsa Məsihin Transfiqurasiyası (İsanın simasının dəyişməsi) bayramı münasibətilə təbrik edib.
Ermənistan və Türkiyə liderləri ikitərəfli münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər, həmçinin diplomatik pasportlara malik şəxslər və üçüncü ölkə vətəndaşları üçün quru sərhədlərinin açılması prosesinə toxunublar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0