https://sputnik.az/20230628/olkede-138-qurban-kesimi-menteqesi-yaradilib-456343131.html
Ölkədə 138 qurban kəsimi məntəqəsi yaradılıb
Ölkədə 138 qurban kəsimi məntəqəsi yaradılıb
Sputnik Azərbaycan
AQTA sözçüsü azad edilmiş ərazilərdə də səyyar kəsim məntəqələrinin quraşdırıldığını açıqlayıb 28.06.2023, Sputnik Azərbaycan
2023-06-28T12:48+0400
2023-06-28T12:48+0400
2023-06-28T12:48+0400
qurban bayramı
azərbaycanda qurban bayramı
ət kəsimi
kəsim
qoyun
qurbanlıq heyvanlar
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0e/426454899_0:113:1200:788_1920x0_80_0_0_95fb8b4726108a001c00fced3d88f3e2.jpg
BAKI, 28 iyun - Sputnik. Azərbaycanda qurbanlıq heyvanların kəsimi və satışı məqsədilə 138 məntəqə formalaşdırılıb.Bu barədə “Report”a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov məlumat verib.Onun sözlərinə görə, həmin məntəqələrdə sanitar-gigiyenik tələblər qorunur: “Bu məntəqələrin 80-də qurbanlıq heyvanların həm kəsimi, həm satışı, 46-da ancaq satışı, 12-də isə yalnız kəsimi həyata keçirilir. Bütün məntəqələrdə sanitar-gigiyenik normalar gözlənilməklə baytarlıq nəzarəti aparılır. Bundan başqa, Agentliklə razılaşdırmaqla respublika üzrə səyyar kəsim çadırları formalaşdırılıb. Həmin çadırlarda da baytarlıq nəzarəti və sanitar-gigiyenik tələblər təmin edilib. Biz müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətimizi davam etdiririk. İki gün ərzində vətəndaşlarımız səhər 08:00-dan axşam 20:00-dək kəsim, satış və digər xidmətlərdən yararlana bilərlər. Həmçinin əvvəlki illərin təcrübəsinə uyğun olaraq soyuducu infrastrukturla təmin olunmuş satış şəbəkələrindən öncədən sifariş verməklə qurbanlıq heyvanları əldə etmək mümkündür. Kəsim, satış və öncədən sifarişlə bağlı məntəqələr haqqında AQTA-nın (afsa.gov.az) saytındakı “Aktual” bölməsindən əldə etmək olar. Hazırda 92 məntəqədə öncədən sifariş etmək var. Səyyar kəsim məntəqəsi isə 10-dan çoxdur”.AQTA sözçüsü azad edilmiş ərazilərdə də səyyar kəsim məntəqələrinin quraşdırıldığını açıqlayıb: “Bu il ilk dəfə olaraq Zəngilan rayonunun Ağalı kəndində və Tərtər rayonunun Talış kəndində də səyyar kəsim məntəqələri quraşdırılıb. Həmin məntəqələrdə də baytarlıq nəzarəti təmin edilib və həmçinin Qida Təhlükəsizlik İnstitutunun (AQTİ) səyyar laboratoriyaları da fəaliyyət göstərir. Bu laboratoriyalar biotəhlükəsizlik laboratoriyalarıdır. Heyvanlarda hər hansı xəstəlik halı müşahidə edildikdə həmin laboratoriyalarda müayinə olunur. Buradan vətəndaşlarımıza da müraciət etmək istərdik ki, Bakı şəhəri də daxil olmaqla yol kənarlarında, küçələrdə heyvan kəsimi ilə bağlı hansısa qanunsuz hal olarsa, Agentliyin 1003 nömrəli çağrı mərkəzinə xəbər versinlər. Biz müvafiq qurumlarla birlikdə tədbir görəcəyik”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/0e/426454899_0:0:1200:900_1920x0_80_0_0_f2ad6b9a7ffdf8cea8a5984fa665b1b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qurban bayramı, azərbaycanda qurban bayramı, ət kəsimi, kəsim, qoyun, qurbanlıq heyvanlar
qurban bayramı, azərbaycanda qurban bayramı, ət kəsimi, kəsim, qoyun, qurbanlıq heyvanlar
Ölkədə 138 qurban kəsimi məntəqəsi yaradılıb
AQTA sözçüsü azad edilmiş ərazilərdə də səyyar kəsim məntəqələrinin quraşdırıldığını açıqlayıb
BAKI, 28 iyun - Sputnik. Azərbaycanda qurbanlıq heyvanların kəsimi və satışı məqsədilə 138 məntəqə formalaşdırılıb.
Bu barədə “Report”a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov məlumat verib.
Onun sözlərinə görə, həmin məntəqələrdə sanitar-gigiyenik tələblər qorunur: “Bu məntəqələrin 80-də qurbanlıq heyvanların həm kəsimi, həm satışı, 46-da ancaq satışı, 12-də isə yalnız kəsimi həyata keçirilir. Bütün məntəqələrdə sanitar-gigiyenik normalar gözlənilməklə baytarlıq nəzarəti aparılır. Bundan başqa, Agentliklə razılaşdırmaqla respublika üzrə səyyar kəsim çadırları formalaşdırılıb. Həmin çadırlarda da baytarlıq nəzarəti və sanitar-gigiyenik tələblər təmin edilib. Biz müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətimizi davam etdiririk. İki gün ərzində vətəndaşlarımız səhər 08:00-dan axşam 20:00-dək kəsim, satış və digər xidmətlərdən yararlana bilərlər. Həmçinin əvvəlki illərin təcrübəsinə uyğun olaraq soyuducu infrastrukturla təmin olunmuş satış şəbəkələrindən öncədən sifariş verməklə qurbanlıq heyvanları əldə etmək mümkündür. Kəsim, satış və öncədən sifarişlə bağlı məntəqələr haqqında AQTA-nın (afsa.gov.az) saytındakı “Aktual” bölməsindən əldə etmək olar. Hazırda 92 məntəqədə öncədən sifariş etmək var. Səyyar kəsim məntəqəsi isə 10-dan çoxdur”.
AQTA sözçüsü azad edilmiş ərazilərdə də səyyar kəsim məntəqələrinin quraşdırıldığını açıqlayıb: “Bu il ilk dəfə olaraq Zəngilan rayonunun Ağalı kəndində və Tərtər rayonunun Talış kəndində də səyyar kəsim məntəqələri quraşdırılıb. Həmin məntəqələrdə də baytarlıq nəzarəti təmin edilib və həmçinin Qida Təhlükəsizlik İnstitutunun (AQTİ) səyyar laboratoriyaları da fəaliyyət göstərir. Bu laboratoriyalar biotəhlükəsizlik laboratoriyalarıdır. Heyvanlarda hər hansı xəstəlik halı müşahidə edildikdə həmin laboratoriyalarda müayinə olunur. Buradan vətəndaşlarımıza da müraciət etmək istərdik ki, Bakı şəhəri də daxil olmaqla yol kənarlarında, küçələrdə heyvan kəsimi ilə bağlı hansısa qanunsuz hal olarsa, Agentliyin 1003 nömrəli çağrı mərkəzinə xəbər versinlər. Biz müvafiq qurumlarla birlikdə tədbir görəcəyik”.